Əvvəl arvadını, sonra özünü bıçaqlayıb - Üç gün sonra məhkəmələri idi

Mayın 28-də Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində 1978-ci il təvəllüdlü Namiq Rəsulovla onun həyat yoldaşı - 1984-cü il təvəllüdlü Fərqanə Rəsulovanın bıçaqlanması ilə bağlı bəzi detallar məlum olub.

“Kanal1.az” xəbər verir ki, Fərqanənin bacısı Aidə Həsənova hadisənin təfərrüatını danışıb. O bildirib ki, bacısı ilə əri boşanma ərəfəsində olublar:

"Bacım 1 il öncə Namiqin başqa qadınlarla münasibətini öyrənib. Fərqanə həyat yoldaşına bununla bağlı xəbərdalıq etsə də, Namiq Rəsulov münasibətini davam etdirib. Bundan sonra ailədə söz-söhbətlər yaranmağa başlayıb. Fərqanə boşanmaq üçün məhkəməyə müraciət edib. Məhkəmə prosesi də iyunun 2-nə təyin edilib. Lakin bir həftə öncə Namiq anamgilə gedərək xanımından uşaqları ilə birgə evə qayıtmasını istəyib. O, Fərqanəni aldadıb, inandırıb ki, bir daha bu işlərlə məşğul olmayacaq. Onu da qeyd edib ki, boşansa da, birgə yaşasınlar, əsas odur ki, uşaqlar zərər görməsin. Fərqanə uşaqlarla evə qayıdandan iki-üç gün sonra yenə söz-söhbətlər başlayıb".

Aidə Həsənovanın sözlərinə görə, Namiq həyat yoldaşının üzərinə bıçaq çıxararaq, onu ölümlə də hədələyib:

"Hadisədənin baş verdiyi gecə bacım qızı atasının qapını açaraq çölə çıxdığını görüb. Deyəsən, hadisə zamanı istifadə etdiyi bıçağı maşından gətirib. Belə çıxır ki, Namiq hadisəni əvvəlcədən planlaşdırıb. Çünki bacım qızı da polis tərəfindən tapılan bıçağın evə aid olmadığını bildirib. Səhər saatlarında Namiq mətbəxə keçərək Fərqanəni bıçaqlayıb.

Onun əlindən qurtulmaq üçün zala qaçan Fərqanənin səsinə qızı oyanıb. Gəlib anası ilə atasını ayırmaq istəyib. Bu zaman Namiq qızını itələyərək çölə çıxardıb və otağın qapısını bağlayıb. Necə olubsa, bu zaman Fərqanə qapını açaraq evdən çıxmağı bacarıb. Namiq də arxasınca düşüb və oradada da bir neçə bıçaq zərbəsi endirib. Fərqanənin səsinə qonşular çıxıb, məsələyə müdaxilə ediblər. Bacımı qonşular xilas edəndə Namiq evə girib qapını bağlayıb. Bir müddət otaqdan çıxmayıb. Qızı da həmin vaxt qohumlara xəbər verməklə məşğul olub. Sonra atasının otaqdan çıxmadığını fərqində olub. Qonşular da, qızı da qapını açmağa çalışıb. Qapını qırıb içəri daxil olan qonşular, Namiqin özü-özünə xəsarət yetirdiyi görüb. Çünki bacım xəstəxanaya aparılan zaman qızı atasının yaralı olmadığını bildirib".

Aidə Həsənovanın sözlərinə görə, bacısı əməliyyata alınıb, o, 2,5 litr qan itirib. Fərqanə Rəsulovanın durumu orta-ağırdır. Hakimin ailəyə verdiyi məlumata görə, əri Fərqanəyə 12 bıçaq zərbəsi vurub, onlardan 4-ü yüngüldür. Hazırda reanimasiya şöbəsindədir. Namiq də özünü yaralanığı üçün hazırda həyat yoldaşı ilə eyni xəstəxanada müalicə olunur.

Qeyd edək ki, Fərqanə ilə Namiq 17 il əvvəl ailə həyatı qurublar. Onların bu evlilikdən iki övladı dünyaya gəlib. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

“Baboşu” bahalı “Gelandewagen”lə görməyə gedən iş adamı media nümayəndəsin məhkəməyə verdi – Həbs olunmasın istəyir

Mehdiyev Sirac Əhməd oğlu adına tam orta məktəbin yararsız vəziyyət olması ilə bağlı yayımlanan yazıdan ötrü məktəb direktoru Sahilə Fərmanova bu gün qınaq meydanına çevrilmişdir

Türk Dövlətləri sionizm təhlükəsi kimi: İranda Azərbaycana qarşı hansı plan qurulur?

Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO

Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –diplomsuz direktor müavini, “ailə podratı” və s.

271 min manatlıq ittihamla üz-üzə qalan Sümbülə Əliyeva-kolleqaları şahiddir

Masallı rayon icra məmuru Bəhruz İbayev “Aliment” verməyən həmkəndlisini himayə edir – Nazirə muraciət olundu

Qubad İbadoğluna elektron qandal taxıldı – hərəkəti nəzarətə götürüldü

Zeynal Bayramlının alnına yazılmış Ucar Xəstəxanası niyə yoxlanılmır? – TƏBİB-in gücü çatmır, yoxsa…

ETSN Nərimanovun rəhbərliyinə SÖZ KEÇİRƏ BİLMİR? – GÖRÜNƏNİ BUDUR…

Elçin Tağıyev vəzifəyə təyin edildi - FOTOLAR

Azərbaycan Ordusu Tavuşa atəş açıb? – Ermənistan MN

Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ…

İcra başçıları arasında gizli rəqabət başladı – Görün nəyin davasını edirlər…

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı – VİDEO

Əfv sərəncamı nə vaxt veriləcək, kimlərə şamil ediləcək? – AÇIQLAMA

FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? – Elnar İmanov cərimələndi, narazı qaldı

Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ

Xırdalandakı bağça müdirinin şok səs yazısı – Müəllimləri niyə təhdid edir

Gəncə xəstəxanasının vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edildi

Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar

“Düz əyrini kəsir” – Görülən işlərə nəzər saldıqda…

Ermənistan müxalifətinin etirafı: Göyçə və Zəngəzurun bir hissəsi Azərbaycana qaytarılacaqmı? - VİDEO

Gürcüstanda vəziyyət təhlükəli fazaya keçir: naməlum şəxslər HÜCUMA KEÇDİLƏR

Gümrüdə Azərbaycanın hərbi bazası olsun – Ermənistanda şok iddia

İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?

Abşeronda ANARXİYA və KORRUPSİYA… Sən saydığını say, gör Fərzəliyev nə sayır

Yevlaxın YARITMAZ BAŞÇISI Dövlət vəsaitini talayır- BU NƏDİ BELƏ?!

Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:vəzifə təyinatları, aylıq paketlər və s.

Qazaxda BİABIRÇILIQ: 3 min illik Tarixi abidə sökülüb üzərində obyekt tikilir

Xəqani Bəşirlinin ümidinə qalan KADR SİYASƏTİ… – “Bu adam ən böyük sehrbazdır…”

İbarhim Nehrəmlinin Qəbələdə törətdiyi ekoloji terrordan Muxtar Babayevin xəbəri varmı

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay