Keçmiş arvadı ilə qaynanasını əvvəl maşınla vurub yerə sərdi, sonra düşüb bıçaqladı... - Bakıda şok

Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıqda və qəsdən adam öldürməyə cəhddə ittiham olunan Fədail Atakişiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

46 yaşlı Fədail Atakişiyev 5 avqust 2019-cu ildə idarə etdiyi avtomobili keçmiş həyat yoldaşı Ramidə Budaqovanın və onun anası Narın Gülməmmədovanın üstünə sürərək onları qəsdən vurub. Bununla kifayətlənməyən F.Atakişiyev daha sonra maşından yerə düşüb, hər iki qadına bıçaqla ardıcıl zərbələr endirib. Ağır dərəcəli bədən xəsarətləri alan ana - bala dərhal xəstəxanaya çatdırılıblar. Həkimlərin səyi nəticəsində onların həyatını xilas etmək mümkün olub. Rəsmən boşanıblar, amma münaqişə davam edib...

“Kanal1.az” xəbər verir ki, F.Atakişiyev həyat yoldaşı ilə rəsmi qaydada ayrılsa da keçmiş ər-arvad arasında ədavət, münaqişə davam edib. Hadisə baş verən gün Suraxanı rayon məhkəməsində F.Atakişiyevin valideynlərinin Ramidə Budaqovaya qarşı nəvələri ilə ünsiyyətdə olmaq hüququnun verilməsinə dair qaldırdıqları iddiaya baxılıb. İdarə etdiyi avtomobillə ata-anasını məhkəmə prosesinə gətirən Fədail özü məhkəmə binasının qarşısında dayanaraq prosesin başa çatmasını gözləyib.

Bir qədər sonra Ramidə Budaqova ilə anası Narin Gülməmmədovanın məhkəmə binasından çıxaraq piyada Bakıxanov qəsəbəsi, N.Səlimov küçəsi istiqamətinə getdiklərini görüb. Keçmiş arvadı ilə onun anasının uzun müddət övladları ilə ünsiyyət qurmasına imkan vermədiklərindən hiddətlənən F.Atakişiyev onların hər ikisini öldürmək qərarına gəlib və idarə etdiyi avtomobili onların üzərinə sürüb. R.Budaqova xəsarət alsa da, anası avtomobilin zərbəsindən yayına bilib. Ramidənin ölmədiyini, anasının isə xəsarət almadığını görən F.Atakişiyev avtomobilən götürdüyü bıçaqla hər ikisinə zərbələr endirib.
Keçmiş arvadı ilə qaynanasını əvvəl maşınla vurub yerə sərdi, sonra düşüb bıçaqladı... - Bakıda şok

Törətdiyi cinayət əməlinə görə, F.Atakişiyevə Cinayət Məcəlləsinin 29, 120.2.7-ci ( qəsdən adam öldürməyə cəhd) və 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində Sabunçu rayon məhkəməsi tərəfindən 2 aylıq həbs qətimkan tədbiri seçilib.

"Evlənəndən bir neçə il sonra Ramidə tamam dəyişdi..."

Təqsirləndirilən Fədail Atakişiyev ona elan olunmuş ittihamla özünü qismın təqsirli bilib. İfadəsində Ramidə ilə 2007-ci ildə ailə qurduğunu, birgə nikahdan iki övladları olduğunu, aralarında ciddi problem yaranmadığını deyib: "Evləndikdən bir neçə il sonra Ramidə tamam dəyişmişdi. Qaldığımız evi, şəraiti bəyənmirdi. Buna görə bir neçə dəfə mübahisəmiz düşmüşdü". Arvadının Suraxanı rayon məhkəməsinə boşanmaq üçün müraciət etdiyini öyrənən F.Atakişiyev öz növbəsində uşaqlarını görmək üçün adıçəkilən məhkəməyə müraciət edib. Bundan sonra cütlük rəsmi qaydada boşanıb. İki uşağın saxlanması üçün ona ayda 300 manat aliment ödəməsi ilə bağlı qərar çıxarılıb, uşaqlarını həftədə 8 saat görmək üçün rəsmi icazə verilib: "2018-ci ilin iyulunda boşandıq. Həmin müddətdən sonra uşaqlarımı cəmi bircə dəfə görə bildim. Ramidə uşaqları mənə göstərmir, məhkəmənin qərarını icra eləmirdi".

Keçmiş arvadı ilə qaynanasını əvvəl maşınla vurub yerə sərdi, sonra düşüb bıçaqladı... - Bakıda şok

Fədail Atakişiyev dərdini "Yeni Müsavat"a danışmışdı...

Nəvələri görmək uğunda mübarizə: Fədail keçmiş arvadını və qaynanasını öldürməyi qərara alır

Hadisədən üç ay öncə Fədailin valideynləri də nəvələrini görməkdən ötrü rəsmi icazə verilməsi üçün məhkəməyə müraciət ediblər. Hadisə baş verən gün Atakişiyevlər məhkəməyə çağırılıblar: "Maşını məhkəmənin binasından bir qədər aralı saxladım ki, Ramidə məni görməsin. Bir qədər sonra atamla anam məhkəmədən çıxdılar. Atam əli ilə ürəyini tutub yerə çökmüşdü. Ramidə və anası istehzayla atama baxıb nəsə dedilər, başa düşmədim. Ramidənin içəridə nəsə etdiyini fikirləşib maşını arxasınca sürdüm. Artıq əsəblərim dözmürdü, maşını Ramidəylə anasının üstlərinə sürdüm. Anası dayandığı yerdən tərpəndiyinə görə maşın yalnız Ramidəyə dəydi. Bıçağı götürüb yerə düşdüm, Ramidəyə bir neçə zərbə vurdum. Sonra anasına da bıçaqla zərbə endirdim. Ətrafda xeyli adam vardı. Atamla anam da hadisə yerinə gəldilər. Polislər məni polis bölməsinə apardılar. Ramidəni, anasını öldürmək istəməmişəm". "Ərim məni müntəzəm döyürdü, əzab verirdi..."

Zərərçəkmiş Ramidə Budaqova ifadəsində ailə qurduğu gündən etibarən həyat yoldaşı tərəfindən mütəmadi olaraq döyüldüyünü, təhqir olunduğun, işgəncələrə məruz qaldığını, təzyiq altında saxlanıldığını deyib. Döyülüb-spyüldüyündə anasının yaşadığı evə gedib, ərindən şikayətlənib. Anası ona ailəsini dağıtmamağı, səbirli olmağı məsləhət görüb. Fədail də hər dəfə arxasınca gələrək, onu öldürəcəyi ilə hədələyib, yenidən evə qaytarıb. Həyat yoldaşının hərəkətlərindən cana yığılan qadın sonda boşanmaq üçün məhkəməyə müraciət edib: "Hər dəfə uşaqları görməyə gələndə dava-dalaş salır, məni döyürdü. Bir gün məni öldürəcəyi ilə hədələyirdi. Əlindən bezmişdim, məcbur olub polisə şikayət etdim. Fədaili 500 manat cərimə elədilər".

Zərərçəkmiş deyib ki, məhkəmə binasından çıxdıqdan sonra hasarın yanında anası ilə dayanan zaman Fədail qəflətən maşını onların üstünə sürüb: "Avtomobilin qabaq hissəsi ilə daş hasarın arasında sıxılmış vəziyyətdə qalmışdım. Fədail "sizi öldürəcəyəm" deyib, əvvəl məni, sonra da anamı bıçaqla vurdu. Zərbələrin təsirindən anamla ikimiz də yerə yıxılmışdıq. Hadisə vaxtı Fədailin atası Rövşən yanımda oturub mənə kömək etmək istədi".

Daha sonra R.Budaqova ifadəsində göstərib ki, Fədail atasının yanında yenidən ona bıçaqla hücum çəkib. R.Atakişiyev əli ilə oğlunu geri itələyib, növbəti zərbəni endirməyə qoymayıb. Zərərçəkmişin dediyinə görə, həmin vaxt Fədailə atası Rövşən Atakişiyev və hadisə yerindəkilər mane olduqlarına görə onları öldürə bilməyib...

Məhkəmə prosesi davam edir.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər