Cəmiyyət / Manşet
30.05.2021, 20:07
Azərbaycanda 3 kanalın yayımı dayandırılacaq - SƏBƏB
"HD yayıma keçidlə əlaqədar AzTV, Mədəniyyət TV və İdman TV kanallarının yayımı "AzTV Xəbər" 31.05.2021-ci il tarixli saat 00:00 buraxılışından sonra müvəqqəti olaraq dayandırılacaq".
“Kanal1.az” xəbər verir ki, bu barədə AzTV-nin yaydığı məlumatda bildirlir.
Məlumata görə, kanalların fəaliyyəti sabah saat 16:00-da bərpa ediləcək.