Dünya / Manşet
14.05.2021, 08:52
BMT-nin Baş katibi Qəzza zolağı və İsraildə döyüşlərə son qoyulmasını tələb etdi
BMT-nin Baş katibi Antonio Quterreş İsrail-Fələstin münaqişəsində gərginliyin azaldılmasına və tərəflər arasında hərbi döyüşlərin son qoyulmasına çağırıb.
“Kanal1.az” bildirir ki, bu barədə A.Quterreş öz "Twitter" səhifəsində yazıb.
Baş katib qeyd edib: "Fitr Bayramı ruhuna hörmət olaraq, dərhal [Qəzza zolağı] və İsraildə gərginliyin azaldılmasına və döyüşlərin dayandırılmasına çağırıram. Həddindən artıq çox günahsız dinc insan həlak olub. Bu münaqişə yalnız bölgədəki [qarşıdurmanın] kəskinləşməsini və ekstremist fəaliyyətləri şiddətləndirə bilər".
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay