Dünya / Manşet
13.05.2021, 10:46
BMT-nin baş katibi Fələstin-İsrail münaqişəsi ilə bağlı çağırış etdi
BMT-nin baş katibi Antoniu Quterrreş dinc sakinləri qorumaq məqsədi ilə Fələstin və İsrail arasındakı münaqişənin deeskalasiyasına nail olmağa çağırıb.
“Kanal1.az”bildirir ki, bunları baş katib Rusiyanın xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfrasında deyib.
A.Quterreş bildirib: "Biz indi tamamilə qəbuledilməz şəraitdə ölən dinc sakinlərin həyatlarını qorumaq üçün münaqişənin deeskalasiyasına nail olmalıyıq".
BMT-nin baş katibi S.Lavrovla Suriya, Liviya, Əfqanıstan və Yəməndəki vəziyyət, o cümlədən Fələstin-İsrail münaqişəsinin eskalasiyası da daxil olmaqla regional və beynalxalq sülh və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi apardıqlarını bildirib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay