Dünya / Manşet
9.05.2021, 09:32
Kolumbiyada etiraz aksiyaları zamanı 550-ya yaxın insan itkin düşdü
Kolumbiyada etiraz aksiyalarında iştirak edən təxminən 550 nəfər itkin düşüb.
“Kanal1.az” xəbər verir ki, bu barədə La FM radiostansiyası ölkənin insan hüquqları üzrə müvəkkilinin aparatının verdiyi məlumata istinadən bildirib.
Məlumata əsasən, 28 apreldən 7 maya qədər 548 nəfər itkin düşdü. Etiraz və iğtişaşlar zamanı ölənlərin sayı 26-ya çatıb.
Qeyd edək ki, Kolumbiyada 28 apreldən etibarən vergi islahatlarına qarşı nümayişlər keçirilir. İğtişaşlar Boqota, Kali, Medellin və digər şəhərlərdə baş verib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay