Dünya / Manşet
23.04.2021, 22:32
Elbrus dağlarında iki alpinist itkin düşdü
Rusiyada Elbrus dağlarında iki alpinist itkin düşüb.
"Kanal1.az" xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimali Qafqaz regional bölməsi alpinistlərin axtarışlarını aparır.
Axtarışların iki istiqamət üzrə aparıldığı deyilir.
Qeyd olunur ki, itən alpinistlərlə sonuncu dəfə aprelin 17-də əlaqə saxlanılıb. Onlar növbəti dəfə aprelin 21-də əlaqəyə keçməli idilər.
Alpinistlərin Elbrusun zirvəsindən 200 metr aşağıda olduğu ehtimal edilir.
Qeyd edək ki, Elbrus zirvəsinin hündürlüyü 5 642 metr təşkil edir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay