Ermənilərin faşizm ideologiyasını əbədiləşdirməsi dünya üçün bir bəladır - İsrailli ekspert

Faşist Qaragin Njde ilə bağlı məsələ mənim ermənilərə qarşı illərlə apardığım mübarizənin bir hissəsidir. Ermənilərin faşizm ideologiyasını əbədiləşdirməsi dünya üçün bir bəladır.

“Kanal1.az” bildirir ki, bunu Trend-ə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut deyib.

A.Qut qeyd edib ki, Azərbaycanın Xocavənd rayonunda faşist və antisemit Njdenin murdar heykəlinin yığışdırılmasına öz dəstəyini verməyə hazırdı və hər zaman oldugu kimi Azərbaycan və İsrail bu məsələdə birgə mübarizə aparmalıdır. Bir israilli və sovet ordusunun zabitinin nəvəsi kimi öz babasına görə fəxarət hissləri keçirir. "Lakin mənim babam qazanılan qələbə ilə yanaşı, yəhudi xalqının tarixində qorxunc və dözülməz faciəyə çevrilən dəhşətli Holokost soyqırımının da şahidi olub. Mənim babam bu soyqırımı zamanı bütün ailəsini, hazırkı Ukraynanın ərazisində yaşayan bütün doğmalarını itirib. O, cəbhədə olduğuna görə sağ qalmışdı. O, Vətənini müdafiə edərək, Zaporojyedən Berlinədək getdi, lakin öz doğmalarını qoruya bilmədi.

Ona görə də mən bütün platformalarda Njde məsələsini qaldırıram ki, necə olar bilər ki, faşist Hitlerin dostu olan və eyni zamanda antisemist Njdeyə İrəvanda 9 metrlik abidə yaradılıb. Bu özü özlüyündə böyük bir biabırçılıqdır. Çünki heç kim unutmur ki, yaradıcılarından biri faşist Njde olan 20 minlik erməni legionunun İkinci Dünya müharibəsi zamanı törətdiyi qəddarlıqları tarix və yəhudi xalqı heç vaxt unutmayacaq. Arxiv sənədləri ilə təsdiqlənən tarixi faktlar mövcuddur. Başda general Njde olmaqla erməni legionunun məqsədi yəhudilərə və alman ordusu üçün "yararlı olmayan" digərlərinə qarşı basqınlar törətmək, onları məhv etmək idi.

Məhz erməni legionunun fəaliyyəti nəticəsində Simferopol, Yevpatoriya, Aluşta, Kerç və Feodosiya, həmçinin Qərbi Krımın digər rayonları yəhudilərdən tamamilə təmizlənib. Bütün bunlardan sonra biz müasir Ermənistanda erməni faşisti və antisemitinin milli qəhrəman dərəcəsinə qaldırmalarına etinasız baxa bilərikmi? Bu bizim üçün həssas bir məsələdir.

İrəvanda Njdeyə abidə ucaltmaları bəs deyilmiş kimi gəlib Azərbaycanın ayrılmaz hissəsi olan Xocavənddə də o murdar heykəli qoyublar. Hesab edirəm ki, ermənilərin faşizm ideologiyasını əbədiləşdirməsi dünya üçün bir bəladır. Bunlar bu faşizmi yalnız Ermənistanda deyil, dünyada da yayırlar. Bu gün artıq sirr deyil ki, faşizm ideologiyası, faşist Almaniyası ilə sıx əməkdaşlıq edən erməni faşist və nasistlərin qəhrəmanlaşdırılması Ermənistanda dövlət səviyyəsində təbliğ edilir, onlara abidələr qoyulur, küçələrə, təhsil müəssisələrinə, strateji mərkəzlərə onların adı verilir".

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər