Türkiyə ordusu daha 2 şəhid verdi
"Pəncə-İldırım" əməliyyat zonasında türk ordusunun yaralanan 2 əsgəri şəhid olub.
“Kanal1.az”bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, ötən gün baş verən atışmada 1 türk əsgəri şəhid olmuş, 2 əsgər isə yaralanmış və xəstəxanaya yerləşdirilmişdi.