Sami Yusif: “Fəxr edirəm ki, Azərbaycan əsilli müsəlmanam”

"Mən fəxr edirəm ki, britaniyalı, eyni zamanda azərbaycanlı əsilli müsəlmanam".

“Kanal1.az”xəbər verir ki, bunu tanınmış britaniyalı müğənni Sami Yusif özünün "Youtube" səhifəsində "Sən haralısan" başlığı ilə paylaşdığı videoda deyib.

Bildirib ki, bu sualı Böyük Britaniyanın mədəni müxtəlifliyini qəbul etməyən insanlardan fərqli anlamlarda eşidir.

"Tez-tez bəziləri mənə bu sualı verəndə içərisində işarə vurduğu başqa bir sual da olur, bu səbəbdən cavab olaraq sadəcə, vətəndaşlığını bəyan etməyin sual verəni razı salmır... Əgər britaniyalısansa, niyə bu qədər çox dildə oxuyursan? Niyə musiqilərinin çoxu Əndəlüs, Yaxın Şərq, Mərkəzi Asiya ənənələrinə söykənir. Ya da ona işarə vurula bilər ki, mən həqiqi mənada britaniyalı deyiləm və ya kifayət qədər britaniyalı deyiləm. Mən bu münasibəti daha çox Britaniyanın multikultural cəmiyyət olmasını tanımayan və ya bunu qəbul etməyənlərdən eşidirəm. Onlar bilmək istəyirlər ki, bu ad haradan gəlir: "Sən buradan ola bilməzsən. Sən başqa bir yerdən olmalısan". Mənim bəstələrimin orijinallığı barədə suallar ona işarə vura bilir ki, yalnız müəyyən ənənələrin içərisində doğulmuş və boya-başa çatmış şəxslər o ənənənin incəsənətinin orijinallığı ilə kommunikasiya qura bilər. Belə ki, mən britaniyalıyamsa, Milad nəğməsinə, qərb klassik musiqisinə və ya pop musiqisinə sadiq olmalıyam. Mən belə düşünmürəm. Suala qayıtsaq, mən çox körpə bir uşaqkən Londona köçən azərbaycanlı valideynlərim tərəfindən bura gətirilmişəm. Təəssüf ki, mənim heç bir xatirəm qalmayıb".

Sami Yusif qeyd edib ki, Britaniyanı vətəni kimi görməklə yanaşı, özündə azərbaycanlı valideynlərinin mirasını ehtiva edir. "Mən həmçinin özümdə azərbaycanlı valideynlərimdən mənə keçmiş mirası ehtiva edirəm. Onlar şərqlə qərbin kəsişməsində yerləşən, ruhani poetikası və incə musiqisi olan yerdən gəliblər. Ehtimal ki, mənim azərbaycanlı köklərim məni poetikanı və bir çox mədəniyyətə məxsus musiqini sevməyə məcbur edib, xüsusilə də sufi dünyasını. Bu incəsənət növləri mənim qəlbimə nüfuz edib. Mən musiqi bəstələdiyim, musiqi alətini əlimə aldığım, oxuduğum zaman həmişə bu səslərin uzaq bir exosunu duyuram. Onlar mənim varlığımın böyük bir hissəsidir... Mədəni kimliyimiz bizim kim olmağımız və nə etməyimiz haqqında çox məlumat verir. O, bizim ətrafımızdakı bizə dərs keçən, bizi qəlibə salan şəkilləndirən hər şeydən gəlir... Mən inanılmaz dərəcədə müxtəlif, səs-küylü, heyranedici Londondanam. Mən fəxr edirəm ki, britaniyalı, eyni zamanda azərbaycanlı əsilli müsəlmanam. Mən bunda heç bir ziddiyyət görmürəm. Məni formalaşdıran digər yerlərdə də vətəndə hiss edirəm...Bura Bax və Korellidən tutmuş Mərakeşin sufi nəğmələrinə, Azərbaycanın müqəddəs muğamına, Pakistanın və Hindistanın qavvali musiqisinə qədər hər şey daxildir. Mən hər zaman qəlbimə toxunan bu səslərdə özümə yer tapmışam. Beləliklə, mən haradanam? Mən bunların hamısındanam. Bunların hamısı mənim bir parçamdır"

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər