Ermənistanın taleyini Azərbaycan həll edəcək - Bakıdan son xəbərdarlıq

“Kanal1.az”
Vətənpərvərlik duyğusu insanı hər cür qəhrəmanlığa sövq edir. Yetər ki, bu hissə faşizm, irqçilik, şovinizm elementləri qatmayasan. Bu gün erməni cəmiyyətində azərbaycanlılarla bir yerdə yaşamaq istəmədiklərini dilə gətirənlər manqutlaşmış etnosun üst qatıdır. Müasir dünyada Azərbaycan xalqının haqqını tapdalamaq, onun ərazisini işğal altında saxlamaq, sərvətlərini talamaq və bu vəziyyətin heç vaxt dəyişməyəcəyinə ümid etmək Ermənistanın nağılbazlıq "keyfiyyət(sizlik)indən" başqa bir şey deyil. Ermənistanda revanşizm çağırışı edənlər, Azərbaycan xalqına həqarət edənlər anlamalıdırlar ki, yeni müsibətlərlə üz-üzə qala bilərlər.

Bunun mesajını ötən gün Hacıqabul səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində Prezident İlham Əliyev verib. Ermənistanda baş qaldıra biləcək revanşizmdən və ərazi bütövlüyümüzə ola biləcək təhdidlərdən bəhs edən dövlət başçısı "Bu gün Ermənistanda bəzi revanşist qüvvələr baş qaldıranda bilməlidirlər ki, onların başı lazım olarsa, istənilən zaman əziləcəkdir. Biz imkan verə bilmərik ki, erməni faşizmi yenə baş qaldırsın. Biz imkan verə bilmərik, Ermənistan yenə də öz ordusunu o vəziyyətə gətirib çatdırsın ki, bizə hansısa bir təhdid olsun. Biz əgər mümkün olan təhdidi təsbit etsək, dərhal onu məhv edəcəyik. Bunu hər kəs bilməlidir - həm Ermənistan, həm də onun havadarları. Çünki bu, milli müdafiədir, milli təhlükəsizlik məsələsidir" sözləri ilə Ermənistana və onun ağasına yerini göstərib. Prezidentin bu açıqlaması 44 günlük müharibədən sonra ağalarının, elçilərinin sayı daha da artan Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə, ərazi bütövlüyünə ola biləcək hər hansı təhdidin cavabsız qalmayacağı xəbərdarlığı kimi də şərh edilə bilər. Eyni zamanda dövlət başçısının bu çıxışını Milli Təhlükəsizlik strategiyamızın əsasında duracaq tarixi fikir kimi də səciyyələndirmək olar. Prezident bu çıxışı ilə təsdiq etdi ki, dünya liderlərinə yalvarıb onlardan mərhəmət dilənən düşməndən fərqli olaraq Azərbaycan rəsmi İrəvanın yeni ordu quruculuğu ilə bağlı manipulyativ gedişlərinə adekvat reaksiyasını ortaya qoyacaq.

Onun "Biz əməkdaşlığa da hazırıq - baxmayaraq ki, Ermənistan azərbaycanlılara qarşı dövlət səviyyəsində soyqırım törətmişdir. Baxmayaraq ki, bizim bütün tarixi, dini abidələrimiz dağıdılıb, biz gələcəyə baxmalıyıq" nitqi bir daha Azərbaycanın beynəlxalq hüququn prinsipləri, xüsusilə də dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında Ermənistanla münasibətlərin normallaşdırılmasına hazır olduğunu göstərir. Lakin rəsmi Bakı 44 günlük müharibənin diqtə etdiyi şərtlərin həyata keçirilməsində heç bir güzəştə getməyəcək. Azərbaycan lideri bunu "Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də" nitqi ilə bir daha təsdiq etdi. Bu gün revanş ideyası Ermənistanın daxilində deyil, daha çox erməni lobbisinin siyasi elitaya təsir gücü olan ölkələrdə aktual xarakter daşıyır.

Hazırda postmüharibə dövrünün prioritetlərinin real müstəviyə keçirilməsində ən ciddi maneə bəzi mərkəzlərin neytrallıq hissini tam itirərək düşmənə yeni vədlər verməsi və onu yeni avantüralara həvəsləndirməsidir. Dağlıq Qarabağda yaşayan ermənilər ya revanş barədə düşünən əli qana batmış Balasanyan kimiləri oradan qovub Azərbaycanın vətəndaşları kimi yaşamalı, ya da övladlarını döyüş meydanlarında ölmüş görmək istəmirlərsə köçüb getməlidirlər. Azərbaycan hazırda onlara bu fürsəti də verib. Belə bir fürsət isə tarixdə çox olmur...

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər