Ermənistan öhdəliyini yerinə yetirməsə bu dəfə MƏHV EDİLƏCƏK

"Kanal1.az"
Azərbaycanın Vətən Müharibəsindəki qələbəsi nə 44 günün işidir, nə bir ilin, nə də 10 ilin. Təməli XX əsrin sonlarında Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik ənənəsi əsasında müasir Azərbaycanın qurulması istiqamətində ilk addımlar hələ 2003-cü ildə atılmağa başladı. Həmin il Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev xalq qarşısında verdiyi vədlərə sahib çıxdı və onların həyata keçirilməsi istiqamətində əməli addımlar atdı. Güclü Azərbaycan dövlətinin qurulmasında, Azərbaycanın milli maraqlarının müdafiəsində dövlət başçısının nümayiş etdirdiyi prinsipiallıq, qətiyyət, düşünülmüş siyasət bugünkü qələbəmizin bünövrəsində dayanan əsas faktorlardır. Azərbaycanın ərazi bütövlüyünü qoruyacağını vəd edən İlham Əliyev sözünü yerinə yetirdi, xalqın etimadını tam doğrultdu, işğal altında olan torpaqları azad etdi. Təsadüfi deyil ki, 44 günlük müharibənin gedişatında Xalq, Ordu, Ali Baş Komandan birliyi Azərbaycan tarixində heç vaxt bu qədər nəzərə çarpacaq səviyyədə olmamışdı. Liderinə inanan xalqın bir yumruq kimi Ordusunun və dövlət başçısının ətrafında sıx birləşməsi 30 illik işğala son qoydu.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə məşğul olan beynəlxalq qurumların ikili standartları, ədalətsizliyi, münaqişəni dondurmaq, Azərbaycanın maraqlarına zidd şəkildə həllinə nail olmaq siyasəti düşmənin əlini-qolunu daha da açdı. İstər 2016-cı il Aprel döyüşləri dövründə, istərsə də sonrakı illərdə Ermənistan rəhbərlərinin münaqişəni həll etmək vədlərinin üstündə durmamaları, vaxt udmağa çalışmaları, danışıqlar limitinin bitməsi ilə nəticələndi ki, perspektivsiz prosesə çevrilən münaqişənin sülh yolu ilə həlli prosesi işğal altındakı ərazilərdə hərbi əməliyyatların başlamasını qaçılmaz etdi.

Prezident İlham Əliyev ötən gün Hərbi Qənimətlər Parkının açılışında təltif olunan hərbi qulluqçularla görüşündə nitqi zamanı II Qarabağ müharibəsində Azərbaycanın qələbəsini zəruri edən amillərdən danışarkən milli-mənəvi ruhumuzun qələbəmizdə əvəzsiz olduğunu xüsusilə qeyd edib. Dövlət başçısı bildirib ki, bundan sonra da erməni vəhşiliyini heç vaxt unutmamamlıyıq: "Biz çox xeyirxah xalqıq. Bu, həm bizim üstünlüyümüzdür, eyni zamanda, qarşısında vəhşi olanda, xeyirxah olmaq olmaz. Onlara elə cavab verməliyik ki, bunu öz tarixi yaddaşlarında əbədi saxlasınlar, bu, onların yaddaşlarından heç vaxt silinməsin və silinməyəcək". Prezident İlham Əliyev Rusiya sülhmərmalılarının nəzarətində olan ərazilərdə düşmən qüvvələrinin törətdiyi müxtəlif təxribatlarla bağlı da Ermənistana xəbərdarlıq edib: "Bu gün orada baş qaldıran bəzi revanşist qüvvələr də bilməlidirlər, dəmir yumruq yerindədir, lazım olarsa, bunların başını elə əzərik və buna əbədi son qoyulacaq".

Bu illər ərzində siyasi, iqtisadi, hərbi, milli-mənəvi aspektlərin paralel olaraq yüksələn xətt üzrə inkişafı, iqtisadi müstəqillik və inkişafın təmin edilməsi, güclü ordu quruculuğu, beynəlxalq münasibətlərdə Azərbaycanın milli maraqlarının müdafiəsi və təmin edilməsi, vətəndaş-xalq birliyinin, dəstəyinin təmin edilməsi Azərbaycanın məqsədyönlü siyasətinin tərkib hissəsi idi. Nəticədə Ermənistanın bütün enerji, nəqliyyat və digər layihələrdən təcrid olunması, iqtisadi cəhətdən çökdürülməsi, dalan ölkəyə çevrilməsi qaçılmaz oldu. Bu gün Ermənistan kapitulyasiyası kimi qəbul edilən 10 noyabr bəyanatının bəndlərini icra etmək əvəzinə yenidən məsuliyyətdən yayınmaq cəhdləri, prosesi ləngitmək, uzatmaq məqsədilə təxribatlarından əl çəkməyəcəyi təqdirdə Azərbaycanın dəmir yumruğunun daha ağır fəsadları ilə qarşı-qarşıya qalacaq.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər