Malayziya qəzetində dahi Azərbaycan şairi Nizami Gəncəviyə dair məqalə dərc olunub

Malayziyanın nüfuzlu nəşrlərindən olan "Utusan Malaysia" qəzeti dahi Azərbaycan şairi Nizami Gəncəvi ilə bağlı geniş məqalə dərc edib.

"Kanal1.az" bildirir ki, "Nizaminin əsərləri bu gün də qibtə hissi oyandırır" sərlövhəli məqalə qəzetin 20 aprel 2021-ci il tarixli buraxılışında nəşr olunub.

Məqalədə bu il dahi şairin anadan olmasının 880 illiyinin tamam olduğu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən 2021-ci ilin "Nizami Gəncəvi İli" elan edildiyi bildirilir. Nizami Gəncəvinin Şərq Renessansının qabaqcıl təmsilçisi olduğu vurğulanaraq, dahi sənətkarın Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Gəncə şəhərində dünyaya göz açdığı, onun poetik-fəlsəfi fikrinin nümunəvi keyfiyyət qazandığı nəzərə çatdırılır.

Həmçinin mütəfəkkir şairin dünya mədəni irsinə 5 poemadan ibarət bəxş etdiyi "Xəmsə"dən bəhs edilərək, sözügedən əsərlər toplusunun Nizami ədəbi məktəbinin bünövrəsini təşkil etdiyi, öz təsirini bu günə qədər qoruduğu bildirilir. Bu poemalardan xüsusilə "Leyli və Məcnun"un malayziyalı ədəbiyyatsevərlərə də kifayət qədər tanış olduğu, sonrakı tarixlərdə bu poemanın təsiri ilə müxtəlif müəlliflər tərəfindən yeni əsərlərin qələmə alındığı, fransız kinematoqraflar tərəfindən istehsal edilmiş eyniadlı bədii filmin isə 1933-cü ildə Malayziyada nümayiş etdirildiyi ifadə olunur.

Məqalədə Nizami dühasının özünəməxsusluğu barədə bildirilir ki, böyük istedada və dərin biliklərə malik olmasına baxmayaraq, dahi şair daim axtarışda olmuş, onun poeziya irsi romantizmlə kifayətlənməmiş, mürəkkəb insan mənəviyyatının öyrənilməsini də əhatə etmişdir.

Qeyd olunur ki, Nizami Gəncəvinin əksər dünya dillərinə tərcümə olunmuş əsərləri, eləcə də bu əsərlərin orijinal nüsxələri bu gün Bakı ilə yanaşı, Moskva, Sankt-Peterburq, Daşkənd, Təbriz, Tehran, Qahirə, İstanbul, Yeni Dehli, London, Paris kimi nüfuzlu şəhərlərin kitabxana və muzeylərində qorunur.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər