Lukaşenkoya qarşı sui-qəsd planının təfərrüatları məlum oldu

Belarusda çevriliş hazırlığında ittiham olunan şəxslərin ölkə Prezidenti Aleksandr Lukaşenkonun əmlakını qarət etmək və mənimsəmək planları ortaya çıxıb.

"Kanal1.az" xəbər verir ki, ABŞ və Belarus vətəndaşlığı olan vəkil Yuri Zenkoviç və belarus politoloq Alyaksandr Fedutanın saxlanıldığı FSB əməliyyat görüntüləri "Rossiya 1" telekanalı tərəfindən yayımlanıb.

Verilən məlumata görə, şübhəlilər Moskvadakı Bağ Halqası üzərindəki "Korçma" restoranına çağırılıb. VIP otaqda olarkən Feduta və Zenkoviç hədəflərinin Lukaşenkonun öldürülməsi olduğunu açıqlayıblar.

Bununla yanaşı, onlar Daxili Qoşunlar və OMON-un mühasirəyə alınması və mesajlarının kütləyə çatdırılması üçün bir radio stansiyası və bir televiziya kanalı daxil olmaqla şəhərin mərkəzində bir neçə simvolik obyektin tutulması planlarını da qeyd ediblər.

Şübhəlilər, eyni zamanda öldürülməsi və ya həbsi planlaşdırılan yüksək vəzifəli şəxslərin siyahısını da təqdim ediblər.

Moskvadakı toplantıda çevrilişin başlanğıcında əsas hədəfin Lukaşenkonun qətli olduğu vurğulanıb.

Zenkoviçlə Feduta generallara Belarus Prezidentinin əmlakını qarət etməyi və mənimsəməyi təklif ediblər.

"Mən əminəm ki, Saşamızın bir yerdə ehtiyat saxladığı pulqabı var. Onu sadəcə sakitcə götürmək lazımdır",- deyə qeyd edən Zenkoviç, Lukaşenkonun pulunun Ostroşitski qəsəbəsində olduğunu iddia edib.

Xatırladaq ki, aprelin 17-də Belarus Prezidenti Aleksandr Lukaşenko ona və övladlarına qarşı sui-qəsd hazırlayan qrup üzvlərinin yaxalandığını açıqlamışdı.

Lukaşenko hesab edir ki, ona sui-qəsdin təşkilinə sanksiya ABŞ-ın ali siyasi rəhbərliyi tərəfindən verilib.

O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Co Baydenlə söhbətində ABŞ xüsusi xidmət orqanlarının ona sui-qəsd hazırlaması məsələsinə toxunub.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər