Dünya
4.09.2020, 22:18
Lukaşenko “axtarışa verildi” - FOTO
Hakerlər Belarus DİN-nin saytını sındıraraq orada qurumun rəhbəri Yuriy Karayev və ölkə prezidenti Aleksandr Lukaşenkonun axtarışa verilməsi barədə məlumat yerləşdiriblər.
Bu barədə anews.az "Belsat” telekanalına istinadən xəbər verir.
"Onlar belarus xalqına qarşı hərbi cinayətlərdə ittiham olunurlar”, - deyə hakerlər yazıblar.
Lukaşenkonun xüsusi əlaməti kimi yeriyərkən güclü axsadığı qeyd olunub.
Hazırda sayt blok olunub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay