“Nə deyirsiniz, bəlkə elliklə yığışıb o dəbilqələrdən üzr istəyək?” - Millət vəkili

Milli Məclisin deputatı Fazil Mustafa Hərbi Qənimətlər Parkı haqda səslənən bəzi fikirlərə münasibət bildirib.

"Kanal1.az" xəbər verir ki, millət vəkili bu barədə özünün facebook profilində yazıb:

"Hamısı utanıblar. Xəcalət çəkiblər. 21-ci əsrə aid olmayan davarnış kimi qiymətləndiriblər. Prezident İlham Əliyevin erməni başlarının bir zaman daşıdığı dəbilqələrin yanında şəkil çəkdirməsindən xeyli pərişan olublar. Jurnalist Seymur Verdizadə də 28 il sonra ata evinin xarabalıqları içində məyus bir şəkil paylaşıb. İlham Əliyevin erməni əsgərinin dəbilqəsinin yanında şəkil çəkdirməsindən utananlar, nədənsə jurnalistin yaşadığı ağrıdan, acıdan pərişan olmayıblar, üzülməyiblər, utanmayıblar.

Bu dəbilqə humanizminin daşıyıcıları nədən ermənilərin yerinə bu pərişanlığı, bu utanmağı öz milli borclarına çeviriblər? Bu şəkil bizə çox vacibdir. Çünki biz də 30 ildir utanmışıq, pərişan olmuşuq.

Erməni təcavüzünə məruz qalmış Azərbaycan qadınına, kişisinə görə, Zori Balayanın dərisini soyduğu o uşağa görə, Xocalıdan qaçarkən yollarda donmuş ahıllarımızın körpələrimizin meyitlərinə görə. Siz öz ləyaqət simvolu olaraq gördüyünüz erməni dəbilqələrinə görə qəfildən qıcqıran humanizminizi viran qoyulmuş Ağdamda, Zəngilanda, Cəbrayılda, Qubadlıda və başqa vətən torpağında dağılmış qəbirlərin içində uyuyan ölülərimizə belə anlada bilməzsiniz. Nə deyirsiniz, bəlkə elliklə yığışıb o dəbilqələrdən üzr istəyək? Bəlkə yüzlərlə şəhidin qanı bahasına geri aldığımız torpaqları sizin məmnuniyyətiniz üçün humanizm göstərib ermənilərə qaytaraq? Haradan çıxmış bu göbələklər? Haradan çıxmış bu göstəbəklər? Bu nə müxalifətçilikdir, nə etirazçılıqdır, nə də humanizmdir. Bu, sadəcə 44 günlük savaşda qələbəmizdən doğan məyusluqdur. Qələbəmizdən bir neçə ay sonra bu kimi məsələləri bəhanə edərək üzə çıxarılan məyusluqdur. Mən də bu muzeyə hökmən baş çəkib sizləri bir daha məyus etmək üçün məhz o dəbilqələrin qarşısında şəkil çəkdirəcəyəm.

Bununla belə, bir vətəndaş olaraq bu açıq hava muzeyinə girişin ödənişli olmasını yanlış hesab edirəm. Çünki burada əsas hədəf bu millətin övladlarına qələbə ruhunu aşılamaqdırsa, belə ruhun ödəniş qiyməti ola bilməz.

Bütün hallarda bu muzeyin açılışı əla oldu. Qələbəmizə sevinənlərlə üzülənlərin cinahı bir göz qırpımında müəyyənləşdi".

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər