21:22 / 10-04-2021
Rafael Ağayevə AĞIR İTKİ
21:11 / 10-04-2021
Murat Boz koronavirusa yoluxdu
Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynovanın evinə oğru girdi

Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynovanın evinə oğru girdi

Sabirabad rayonunun Qaratəpə kəndində oğurluq hadisəsi baş verib.

"Kanal1.az"ın xəbərinə görə, Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü, pambıqçı Fatma Hüseynovanın yaşadığı mənzilə oğru girib.

Hüquq-mühafizə orqanlarına xəbər verən ev sahibləri oğrunun kameralara düşdüyünü müşahidə ediblər. Polis dərhal hadisə yerinə gəlib. Oğurluq edən kənd sakini, məhbusluq həyatı yaşamış təqsirləndirilən hadisə yerindən qaça bilməyib. Polis onu evin zirzəmisində yaxalayıb. Hadisə ilə bağlı cinayət işi açılıb və istintaq aparılır.

Qeyd edək ki, ötən il noyabrın 2-də də Fatma Hüseynovanın evinə basqın olub.

Belə ki, Qaratəpə kənd sakini, Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü, Sabirabad rayon Qaratəpə bələdiyyəsinin sədri Fatma Hüseynovanın yaşadığı evə 4 nəfər maskalı şəxs basqın edib.

Tarix: 7-04-2021, 11:43


Bölməyə aid digər xəbərlər
1-05-2019, 13:09 QƏHRƏMANI TANİYAQ!!