Azərbaycanda “insaflı” oğru KAMERAYA DÜŞDÜ: Hər evdən bir ədəd... – VİDEO

Şəmkirin Ağlavaşlı kənd sakinləri indi həmin oğrunu axtarır. O oğrunu ki, təxminən bir neçə aydır qoyun-quzu saxlayan zəhmətkeşlərin ruzisinə şərik olub.

"Kanal1.az" xəbər verir ki, Adıçəkilən kəndin sakinlərinin Publika.az-ın redaksiyasına ünvanladıqları məktubda qeyd olunur ki, kimliyi bilinməyən oğru təxminən bir neçə ay ərzində kənd sakinlərinə qənim kəsilib.

Sakinlərin “insaflı oğru” adlandırdıqları həmin naməlum şəxs gecənin bir vaxtı kənd sakinlərinin evinə qapıdan yox, “bacadan” daxil olaraq qoyun-quzuların tövləsinə girib, hər qapıdan bir qoyun oğurlayıb.

Kənd sakini, Birinci Qarabağ müharibəsi veteranı Yalçın Rzayevin sözlərinə görə, kimliyi bilinməyən oğru dolanışığını qoyun-quzu saxlamaqla keçirən təxminən 20-30 kənd sakininin heyvanını oğurlayıb:

“Özü də tövlələrə girərək, bir neçəsini yox, cəmi birini... Mənim də heyvanımı oğurlayıb. Polisə şikayət etmişik. Neçə vaxtdır araşdırır. Amma hələ ki bir nəticə yoxdur. Onu da deyim ki, “insaflı” oğrudur, hər qapıdan bir-ikisini aparıb. İndi polis onun kimliyini araşdırır, fəqət hələ də nəticə yoxdur”.

Kənd sakinləri bildirirlər ki, sonuncu dəfə bir şəhid ailəsinin qapısından qoyun apararkən oğru yaxınlıqdakı kameraya düşüb:

“Yaxınlıqdakı mağazanın təhlükəsizlik kamerasına yaxalanıb. Amma üzündə maska var. Hətta bir dəfə gəlib kameraya da baxıb. Kamerada çiynində heyvan apardığı da məlumdur. Onu da “VAZ- 21 015” markalı maşın müşahidə edir. O da kameraya düşüb, amma nömrəsi görünmür”.



Kənd sakini Cavid Mustafayev isə deyir ki, sonuncu oğurluq onun həyətindən olub: “Martın ilk günlərində mənim də heyvanımı oğurlayıb. Polisə - kənd üzrə sahə müvəkkilinə ərizə ilə müraciət etmişik. Polis araşdırır”.

Yalçın Rzayev isə söyləyir ki, kameraya düşən şəxsi yerişindən, hərəkətindən tanımaq mümkün deyil: “Amma polis şübhəli şəxs qismində bir neçə nəfəri aparıb gətirir. Hələ ki, istintaq gedir. Biz istəyirik ki, oğrunun kimliyi bilinsin, bizə vurduğu ziyanı ödəsin. Görünən odur ki, qapıları tanıyır. Elə vaxt girib-çıxır ki, heç kimin xəbəri olmur. Bir də səhər ayılırsan ki, heyvanın biri yoxdur. Şəhid ailəsinin, müharibə veteranının da qapısından heyvan aparıb”.

Sakinlərin sözlərinə görə, məsələyə polisin qarışmasından sonra son iki həftədir ki, kənddə silsilə qoyun-quzu oğurluğu dayanıb. Onları narahat edən isə bu vaxta qədər hər qapıdan bir qoyun oğurlayan “insaflı oğru”nun tapılmamasıdır.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən bildirdilər ki, cəmi bir quzunun oğurlanması ilə bağlı məlumat daxil olub: “Daxil olan müraciət üzrə Şəmkir Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir”.

Ümid edirik ki, Ağlavaşlı kənd sakinlərinin aylardır davam edən narahatlıqlarına son qoyular. Ayrı-ayrı vaxtlarda hər qapıdan bir-iki heyvan aparan “insaflı oğru” tapılar və zərərçəkənlərə dəyən ziyan ödənilər.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər