Bakıda 65 yaşlı kişi özünü 9-cu mərtəbədən atıb
Bakıda intihar hadisəsi baş verib.
"Kanal1.az"ın məlumatına görə, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb.
Belə ki, orada yaşayan 65 yaşlı Gülağa Məmmədov özünü çoxmərtəbəli binanın 9-cu mərtəbəsindən ataraq intihar edib.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma aparılır.