Bu şəxslərə vaksin vurulmamalıdır - Professor

"Kanal1.az"
Hazırda COVİD-19 əleyhinə peyvəndin effektiv olmayacağına əsas kimi, qısa bir müddətdə hazırlanmasını, klinik sınaqlarının sona qədər aparılmaması, əlavə effektlərinin öyrənilməməsi və s. kimi məsələlər ön plana çıxarılır. Zamanında bunların hər birinin əsassız olduğunu söyləmişəm. İndi isə, bu münasibətlərin hər birinə konkret fikir bildirirəm:

Düzdür, hər bir yeni yaranan infeksiyaya qarşı effektiv vaksinin hazırlanmasına illərlə vaxt lazımdır. Tarix baxımından ən tez hazırlanan vaksinlərdən biri-Ebola qızdırmasına qarşı olmuşdur ki, buna da 5 il vaxt lazım gəlmişdir. Lakin COVİD-19-a yoluxma reseptor mexanizmlərlə baş verdiyi və virusun genom strukturu məlum olduğuna görə, COVİD-19 əleyhinə vaksinlərin hazırlanmasına illərlə yox, aylarla müddətinin lazım olacağı demişdim.

Söylədiklərim cəmi 8 aydan sonra öz təsdiqini tapdı. Günümüzdə müxtəlif infeksiyalara qarşı vaksinasiya, hər il yer kürəsində 2 milyondan 3 milyona qədər insanı ölümün pəncəsindən xilas edir. Hazırda COVİD-19 əleyhinə tövsiyə olunan peyvəndlər də bu məqsədə xidmət edir. Bu peyvəndlərdən heç biri, alınma mənbəyi, alınma yolu və istehsalçısından asılı olmayaraq, fəsad və xüsusi müdaxilə tələb edən ciddi arzuolunmaz əlavə effektlərə səbəb ola bilməz.

Bu gün bütün Dünyada COVİD-19 əleyhinə, əsasən, Pfizer, Moderna, Janssen, Sinovak, Sputnik V və AstraZeneca peyvəndlərindən istifadə olunur. Bu peyvəndlər içərisində bizim üçün xüsusi önəm təşkil edəni, hazırda istifadə olunan Sinovak (CoronaVac), eləcə də yaxın aylarda ölkəmizə gətirilməsi planlaşdırılan AstraZeneka və Sputnik V peyvəndləridir.

Sinovak inaktivləşdirilmiş selektiv virus ştammıdır. Yəni bölünmək, artıb çoxalmaq və əlavə effektlər törətmək qabiliyyətindən tamamilə məhrumdur. İnaktiv genom ardıcıllığını tanıdığından, immun sistem ona qarşı xüsusi əks reaksiya vermədən, yalnız qoruyucu antitellər hazırlayır.

Gətirilməsi planlaşdırılan digər 2 peyvənd isə “vektorlu (viruslu) peyvəndlərə aiddir. Məsələn, AstraZenekanın hazırlanması zamanı saprofit adenovirus genomunun kəsilərək götürülmüş yalnız 2 subvahidindən istifadə olunur. Tərkibinə COVİD-19-un S-zülalını kodlayan gen yerləşdirilən bu fraqment bölünmə qabiliyyətindən məhrumdur. Yalnız genom fraqmentinə malık olduğundan, bu cür vaksinlərin təmizlik dərəcəsi daha yüksək olur. Odur ki, onlar, ümumiyyətlə, əlavə effekt törətmir. Sputnik V peyvəndi də analoji tərkib və hazırlanma texnologiyasına malikdir. Deməli, tam təhlükəsizdir.

İndi isə peyvəndlərin kimlərə vurulması təxirə salına bilər ? Bu suala münasibət haqqında:

Vaksinasiya istər öldürülmüş virus, istərsə də onun inaktiv genomu ilə aparılmasından asılı olmayaraq, yalnız bir məqsədə-“nisbi xəstəlik modeli” yaratmağa, başqa sözlə, müvafiq antitellərin əmələ gəlməsinə xidmət edir. Bu halda uzun RNT genomuna malik olan virus əleyhinə yaranan antitellərin ümumi yaşam müddəti, xəstəliyi keçirmiş insanlarda əmələ gələn antitellərin yaşam müddətindən zaman etibarı ilə fərqlənmir. Eləcə də, bu halda aktiv hüceyrə immuniteti eyni mexanizmlə formalaşmaqla, immun yaddaşa əbədi həkk olunur. Başqa sözlə, istər xəstələnmə, istərsə də vaksinasiya zamanı, antitellərin əmələ gəlməsi və immun yaddaşa ötürülməsi eyni mexanizmlə baş verir. Bu səbəbdən, COVİD-19-un hansı klinik formasını keçirməsindən asılı olmayaraq, sağalmış insanlara ilk 6-8 ay müddətində COVİD-19 əleyhinə vaksin vurulması zərurət deyil. Lakin vaksin vurulması da əks göstəriş deyil. Yəni burada biri digərini inkar edəcək, elmi əsaslı bir şey yoxdur. Hər iki halda yoluxma baş verərsə, İgG antiteli ilk yoluxmadakı kimi 21 gündən sonra yox, 3 gündən sonra əmələ gəlir. Yəni peyvənd olunma və ya xəstəliyi keçirmə, təkrari yoluxmanı yox, yalnız xəstəliyi asimptomatik, yüngül, fəsadsız keçirməyə və letallığının 100% nisbətində sıfrlanmasına təminat verir.

İndi isə, peyvəndin hamiləlik zamanı istifadəsi haqqında:

4 mərhələli klinik sınaqları başa çatmamış istənilən farmakoloji vasitənin hamİlə qadınlara təyini mütləq əks göstərişdir.

Vaksinlərin uşaqlara vurulmasına münasibət haqqında:

Böyüklərə xas olan əksər mexanizmlər, o cümlədən COVİD-19 epitel hüceyrələrinə keçməsinə vasitəçi olan angiotenzin-çevirici ferment reseptorları yalnız 11-12 yaşlarda tam formalaşdığına görə, söylədiyim yaş qrupları bu virusa və onun mutantlarına həssaslıq göstərməməlidir. Odur ki, vaksinin hazırda bu yaş qruplarına vurulması xüsusi əhəmiyyət kəsb etmir.

18 yaşa qədər COVİD-19-un letallıq əmsalı 0,2%-in altındadır. Bu faiz nisbəti də bir qayda olaraq, irsi-genetik və ya ciddi ağır və müalicəyə dözümlülük göstərən xəstəliyi olan uşaqlardır. Başqa sözlə, bu yaş qruplarında tamamilə sağlam olan uşaq və yeniyetmələrdə letallıq faizi yalnız sıfrın üstündədir. Odur ki, hazırda 4 mərhələli klinik tədqiqatları tamamlanmamış COVİD19 əleyhinə peyvəndin bu yaş qrupundan olan uşaqıara vurulması məsləhət deyildir. Digər tərəfdən, istənilən ağır gedişli xəstəliyin kəskin mərhələsi, eləcə də uzunmüddətli xroniki iltihabi proses və ya autoimmun xəstəliklərdən əziyyət çəkən şəxslərə də COVİD-19 əleyhinə peyvənd vurulması məsləhət görülmür.

Peyvəndi almış insanları qorxuya salmaq və ya peyvənd olunacaq insanlarda əlavə stress yaşatmağa xidmət edən əsassız fikirlərin yayılması, tirajlanması və şüurlara yeridilməsi yolverilməzdir.

Son günlər COVİD-19-a tutulanların bu virusu çox ağır keçirdiyi və ölüm faizinin ilk 28 gündə çox yüksək olduğu söylənilir. Bunun səbəbi deyildiyi kimi, yəni aqressiv mutant ştammların əmələ gəlməsilə bağlı deyildir (belə ştammların yaxın 10 ildə əmələ gəlməsi qeyri-mümkündür). Buna yeganə səbəb, yanlış təbliğatın nəticəsi kimi, insanların antiviral və antibiotikləri nəzarətsiz şəkildə profilaktik məqsədlərlə qəbuludur. Çox istərdim ki, klinisistlər bu istiqamətdə hazırda xəstəliyə yoluxanlar arasında “monitorinq” aparsınlar. Bu halda real nəticələrə və elmi məntiqə istinad edən düzgün cavabın verilməsi, hazırda faciə kimi dəyərləndirin qeyri-reallıqdan, insanlığı əbədi olaraq xilas edə bilər.

Tibb elmləri doktoru, professor:
Musa Qəniyev

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər