Erməni lobbisinə meydan oxuyan milyarder soydaşımız: Fərhad Əhmədov erməni terrorunun qanlı təşkilatçılarından yazdı – Terrorçu təşkilatların SİYAHISI
Fərhad Əhmədov erməni terrorunun qanlı təşkilatçılarından yazdı

"Dünya üzrə ümumi sayı təxminən 10 milyona çatan və müxtəlif dünya dövlətlərində 12 terror təşkilatı olan bir millət Azərbaycanı terrorizmdə günahlandırır?”

Sfera.az xəbər verir ki, bu sözlər Azərbaycan əsilli Rusiyalı milyarder, xeyriyyəçi Fərhad Əhmədovun yazısındanıdr. Həmin məqaləni təqdim edirik.

***

50 milyon azərbaycanlının, yəni sayca ermənilərdən 5 qat çox olan bir xalqın bircə terror təşkilatı belə yoxdur, kiçik Ermənistanın isə nə az, nə çox, düz 12 terror təşkilatı var.

Azərbaycan bir tərəfə, hətta 1,5 milyard əhalisi olan Çinin də terror təşkilatları yoxdur,ermənilər isə 19-cu əsrin sonlarından bəri terrorçu qurumlar yaratmaqla məşğuldur. Ermənilərin dünyanın ən qədim xalqı olması ilə bağlı heç bir məlumatım yoxdur, amma cəsarətlə deyə bilərəm ki, dünyanın ən terrorçu milləti məhz ermənilərdir. Aşağıda ən "əzabkeş” terrorçuların siyahısı verilib.

1. "Armenakan" partiyası. 1885-ci ildə yaradılıb. Türkiyənin müxtəlif şəhər və bölgələrində - Van, Muş, Bitlis, Trabzon və İstanbulda terror aktlarının və silahlı toqquşmaların təşkilatçısı olub, İran və Rusiyada yaşayan ermənilərlə əməkdaşlıq edib.

2. "Hnçak” partiyası. 1887-ci ildə Cenevrədə yaradılıb. Qrupun əsas məqsədi "Böyük Ermənistan" dövlətinin yaradılması, "Rus" və "İran" Ermənistanı adlandırdıqları ərazilərin Türkiyənin Anadolu regionu ilə birləşdirilməsi idi. Partiya proqramının 4-cü bəndində deyilir: "Qarşıya qoyulan hədəfə çatmaq üçün təşviqat, terror və dağıdıcı təşkilatlar yaratmaq üsulları seçilməlidir.

3. "Daşnaksütyun" Ermənistan Federal İnqilab Partiyası. 1890-cı ildə Tiflisdə yaradılıb. Əsas məqsəd Azərbaycan torpaqlarında - Dağlıq Qarabağ və Naxçıvanda, eləcə də Türkiyənin Anadolu ərazisində "Böyük Ermənistan" dövlətinin yaradılmasıdır. 1892-ci ildə Tiflisdə ilk qurultayını keçirən "Daşnaksütyun" türklərə qarşı sui-qəsd təşkil etmək qərarına gəlir. Məhz bu qurultaydan sonra "Daşnaksütyun" "... hər yerdə, istənilən şəraitdə, türkləri, kürdləri, andını pozan xain erməniləri öldür, intiqam al!" bəyanatını verir.

"Daşnaksütyun" partiyası tərəfindən yaradılan bir sıra terror qrupları var: 1973-cü ildə fəaliyyətə başlayan, 1980-82-ci illərdə Avstriya, Danimarka və Portuqaliyada türk diplomatlarına qarşı sui-qəsdlər həyata keçirən "Erməni soyqırımının qisasçıları” qrupu, "DRO” adı ilə tanınan gizli terror qrupu və onun DRO-8, DRO-88, DRO-888, DRO-8888 bölmələri və s.Daşnakların bu istiqamətdə fəaliyyətləribu gün də davam edir.

4. "Erməni gizli qurtuluş ordusu" (ASOA) - 1975-ci ildə Beyrutda yaradılıb. Baş qərargahı Dəməşq şəhərində yerləşir. Fələstin bazalarında təlim keçən mindən çox silahlısı var. Sözügedən təşkilat fəaliyyətinin ilk 6 ilində dünyanın müxtəlif ölkələrində 19 türk diplomatının ölümü ilə nəticələnən terror aktları həyata keçirib.

5."Ermənistanın Qurtuluşu üçün Erməni Gizli Ordusu" (ASALA). Təşkilatın 1975-ci ildə yaradılan qərargahı Beyrutda, təlim bazaları isə Suriyada yerləşir. Təşkilatın məqsədi Şərqi Türkiyə, Şimali İran, Naxçıvan və Azərbaycanın Dağlıq Qarabağ bölgələrində "Böyük Ermənistan" ın yaradılmasıdır.

ASALA əsasən Azərbaycan və Türkiyə vətəndaşlarına qarşı terror aktları həyata keçirir. Təşkilatın "Əbu Nidal" və "Qara Sentyabr" kimi terror qrupları ilə əməkdaşlığının əsas fiqurlarından biri ASALA lideri Hakob Hakobyan idi. 1980-ci ildə Türkiyənin Afinadakı səfirinin qətlinə görə məsuliyyəti öz üzərinə götürən A. Hakobyan, 01.08.80 tarixində "New York Times” qəzetinə verdiyi müsahibədə demişdi: "Düşmənlərimiz türk rejimi, NATO və bizimlə əməkdaşlıq etməyən ermənilərdir".

1980-ci ilin aprelində ASALA və PKK, ortaq terror aktları həyata keçirməklə bağlı ümumi razılığa gəldilər. Həmin razılaşma Livanda rəsmiləşdirildi. ASALA-nın 28.08.1993-cü il tarixində Beyrut şəhərində yayımladığı bəyanatda təşkilatın "pantürkist neft kəməri" (red. Bakı-Tbilisi-Ceyhan) ilə əlaqəli layihənin həyata keçirilməsinə qarşı çıxmasından bəhs olunur.

6. "Gegaron". ASALA tərəfindən 2001-ci ilin fevralında yaradılıb. Məqsəd Cənubi Qafqaz və Orta Asiya bölgələrində türk mənşəli siyasi liderlərə, diplomatlara və iş adamlarına qarşı terror aktları həyata keçirməkdir.

7. "Erməni qurtuluş hərəkatı" (ANM).1991-ci ildə Fransada yaradılıb. ASALA ilə sıx əlaqədə terror fəaliyyətini həyata keçirir.

8. "Erməni qurtuluş cəbhəsi".1979-cu ildə yaradılıb. ASALA təşkilatının ayrılmaz hissəsi hesab olunur. Türkiyə və Azərbaycana qarşı terrorçular hazırlayır.

9. "Orli qrupu". 1981-ci ildə Fransada yaşayan erməni gənclər tərəfindən yaradılıb. Təşkilat 1987-ci ilə qədər dünyanın müxtəlif hava limanlarında 10-dan çox terror aktı həyata keçirib.

10."Erməni Soyqırımı Ədalət Komandoları". Daşnaksütyun Partiyasının 1972-ci ildə Vyanada keçirilən qurultayı zamanı yaradılıb. Təşkilatın məqsədi erməni mənşəli gənc Livan vətəndaşlarını hərbi birliklərdə cəmləşdirmək, türklərə və azərbaycanlılara qarşı qanlı terror hücumları təşkil etməkdir.

11. "Erməni birliyi". 1988-ci ildə Moskvada yaradılıb. ASALA təşkilatı ilə sıx əlaqələri var, postsovet məkanında terror aktları törədən terrorçulara saxta sənədlər təqdim edir. Silahların və muzdluların Dağlıq Qarabağa ötürülməsindəiştirak edir.

12. "Demokratik cəbhə". ABŞ və Kanadada fəaliyyət göstərir.

Son xəbərlər

Ermənistan növbədənkənar seçkiyə gedəcək? - Paşinyan açıqladı

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Bakının bu ərazilərində evlər kəskin bahalaşdı - Səbəb nədir?

Paşinyandan sensasion açıqlama: Yaxşı ki, Azərbaycan 50 metr aralıdadır

Rusiyada miqrantlar üçün sərt qanun: bu üsul tətbiq olunacaq

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq

Bakı Şəhər İcra Hakimiyyətindən özəl sektorda çalışanlara ÇAĞIRIŞ

ABŞ Dövlət Departamentindən Ermənistana geniş hərbi dəstəyin göstərilməsi barədə AÇIQLAMA

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə AÇIQLAMA + FOTO

İsrail ordusunun İranın zərbəsinə cavabı necə olacaq? - Qərar AÇIQLANDI

Rusiyalı politoloqlar Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsindəki iddiasını şərh ediblər

Əl təmizləyiciləri beyindəki hüceyrələri belə MƏHV EDİR

Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar

Rusiya sülhməramlıları Azərbaycanı hansı istiqamətdən tərk edir?

Planetin üzərindəki sirr - Ürək forması necə yaranıb?

Bu işçilərə kompensasiya veriləcək - Yeni qanun

Paşinyan yenidən Azərbaycan kəndlərinə gəlir: Bu dəfə nə deyəcək?

Rusiyanın bu regionunda da qadağa: Azərbaycanlılar ticarətlə məşğul ola, taksi sürə bilməzlər

Biləsuvar rayonunda Şəhid ailəsinin səsinə səs verən olacaqmı?

Ramin Məhəmmədoğlu həbs olundu

22 aylıq Məhkəmədə süründürməçiliyə son qoyulsun..PREZİDENTƏ MÜRACİƏT

İsrail ordusuna TAPŞIRIQ VERİLDİ: İranı vurmaq üçün variant hazırlanır

Moskva ilə İrəvan arasında gizli sövdələşmə, yoxsa? - VİDEO

Həkim sağlam qalmaq üçün düzgün qidalanma qaydasını açıqlayıb

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ - VİDEO

BMT-nin Baş katibindən böyük münaqişə XƏBƏRDARLĞI

Ermənistan zabitimizə atəş açanları cəzalandırdı - Bakının növbəti qələbəsi

Ukrayna elan etdi: Rusiya bu istiqamətdən hücuma keçib, vəziyyət ağırdır

Ermənilər Azərbaycanla sərhədə toplaşdılar: Rəqs edirlər, “müharibə istəyirik” deyirlər

Azərbaycanın iki boksçusu Avropa çempionatının finalına yüksəlib

Ermənistan KTMT-nin Hərbi Komitəsinin iclasında iştirak etməyib

Bütün xəbərlər