“Sağlam Ailə” tibb mərkəzindən şikayət

​"Kanal1.az"
Vətəndaşlar bildirir ki, kampaniyanın elan olunduğu şərtlərlə klinikadakı təkliflər uzlaşmır. Kampaniyanın elanı belə verilir ki, məsələn, sən mart ayında doğulubsansa, bu ayda gedirsən klinikaya, şəxsiyyət vəsiqəni göstərirsən. Yaşın 40-dırsa, sənə göstərilən tibbi prosedurun ümumi məbləğindən 40 faiz endirim edilməlidir:

“Ancaq ora gedəndə deyirlər ki, mütləq mənada tibb kartı yazılmalıdır. Bundan sonra pasiyentə təklif edilir ki, heç olmasa bir dənə pullu analiz versin və yalnız bu halda ona deyilən endirim şamil edilə bilər. Ən maraqlısı isə budur ki, endirim adı ilə kampaniyadan yararlanmaq üçün klinikaya gələn vətəndaşa yalnız bir gündən sonra “Yaşın qədər endirim”dən yararlana biləcəyi bildirilir. Bu da əlavə yol xərci və vaxt itkisi deməkdir”.

Maraqlı prosedurdur. Vətəndaş kampaniyayanın cəlbediliciyinə inanıb klinikaya gəlir. Ona əlavə pullu analiz vermək və yalnız bir gün sonra elan olunmuş endirimdən yaralanmaq təklif edilir. Yaranmış anlaşılmazlıqla bağlı “Sağlam Ailə”nin özü ilə əlaqə saxladıq. Zəngimizə cavab verən Günay Ramazanova adlı əməkdaş bildirdi ki, onlarda bu adda kampaniya həqiqətən var: ” Ancaq biz bunu “Sağlam Ailə”nin pasiyentlərinə şamil edirik. Bizim pasiyent olmaq üçün fərq etmir, hər hansı bir müayinəmizdən keçmək lazımdır. Bundan sonra həmin vətəndaşa göy rəngdə kart verilir. Bundan sonra həmin müştərimiz ildə bir dəfə ödənişsiz olaraq qanın ümumi analizini verir və ildə bir ay boyunca yaşı qədər endirimdən yararlana bilir. Bu da həmin adamın doğulduğu aya təsadüf etməlidir. Bizə ilk dəfə müraciət edən vətəndaşlar deyilən endirimdən yararlana bilmir. Bunun üçün dediyim proseduru keçməlidir. Biz kilinkamızın bütün pasiyentlərinə həmin kartı veririk. Həmin kartı almaq üçün hətta bizdə 5 manatlıq bir analiz vermək də kifayət edir”.

Əməkdaşın sözlərinə görə, ilk dəfə klinikaya müraciət edən şəxs, hətta bahalı analiz versə belə, həmin günü dediyiniz kampaniyadan yararlana bilməyəcək: “Bunun üçün “Sağlam ailə”nin plastik göy kartını almaq lazımdır”.

Çox yaxşı olar ki, klinika və şirkətlər daha çox müştəri cəlb etmək üçün belə məzmunlu anlaşılmaz və yalnız reklamı verənin özünə xeyir gətirən təbliğat mətnlərindən istifadə etməsinlər.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər