kanal1.az

İPOTEKA BORCU OLANLARA GÜZƏŞT, YOXSA... – Mərkəzi Bank krediti olan vətəndaşlara nə təklif edir?


İPOTEKA BORCU OLANLARA GÜZƏŞT, YOXSA... – Mərkəzi Bank krediti olan vətəndaşlara nə təklif edir?

Azərbaycan Mərkəzi Bankı (AMB) elan edib ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslərindəstəklənməsi istiqamətindəİpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditlərinin restrukturizasiya imkanları yaradılacaq. Bu tədbir nəticəsində 1,1 mlrd. manat həcmində ipoteka krediti üzrə 23 minə yaxın sayda borcalanın faydalanması imkanı yaranacaq.


Dəstəyin nədən ibarət olacağına gəlincə, AMB bildirib ki, kreditlər borcalanların müraciəti əsasında restrukturizasiya olunacaq. 01 mart 2020-ci il tarixinədək verilmiş və keyfiyyəti qənaətbəxş olan belə kreditlərin restrukturizasiyası 30 sentyabr 2020-ci ilədək həyata keçirildiyi halda onların keyfiyyəti pisləşdirilməyəcək.

Eyni zamanda, bankların öz vəsaitləri hesabına ipoteka kreditləşməsini stimullaşdırmaq məqsədilə bu kateqoriyadan olan kreditlər üzrə risk dərəcələrinin 100%-dən 50%-dək azaldılması barədə qərar qəbul edilib.

Beləliklə, məlum olur ki, ipoteka krediti olanlara AMB dəstəyi yalnız kreditlərə restruktursizasiya imkanı yaradılmasıdır. Bu məqsədlə banklara və borcalanlara sentyabrın 30-dək vaxt imkanı verilir.

“Restrukturizasiya” sözü kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsini ehtiva edir. Bu isə borcalan üçün aylıq ödənişlərin azalması deməkdir.



Bu halda müştərilərə tövsiyə olunur ki, kredit üzrə aylıq ödənişlər gecikdirmə ehtimalı ortaya çıxan kimi gecikməyə yol vermədən kreditin restrukturizasiyasıüçün banka dərhal müraciət etsinlər. Bu zaman möcüzəyəümid olub, maliyyə durumunun öz-özünə düzələcəyini gözləməyə dəyməz. Borcun yenidən strukturlaşması haqqında filial müdirinin və ya idarə heyətinin sədrinin adına ərizə yazmaq daha yaxşıdır.

Əgər müştəri həqiqətən də borcun öhdəsindən gələ bilmədiyinin sübutlarınıəks etdirən dəlilləri banka təqdim etməsə, heç bir bank ona güzəştə getməyəcək. Ona görə də yenidən strukturlaşdırma haqqında ərizə yazanda ödəniş qabiliyyətinizə təsir göstərən bütün xırdalıqlarıəhatə etmək lazımdır, hadisəni təfərrüatı ilə izah etmək gərəkdir.



Həmçinin ərizəyə mövcud vəziyyəti təsdiq edən sənədləri də əlavə etmək lazımdır: məşğulluq idarəsindən ərizə, işdən çıxarılmaq haqqında bildiriş, gəlirlərin azalması ilə bağlı arayış və s.



İPOTEKA BORCU OLANLARA GÜZƏŞT, YOXSA... – Mərkəzi Bank krediti olan vətəndaşlara nə təklif edir?


Hazırki şəraitdə ipoteka krediti olan müştərilərin bu tələbləri ödəmək imkanları kifayət qədər aşağıdır. Təkcə bir faktı xatırladaq ki, yüz minlərlə işsiz ordusunun 190 manat müavinət tələbini araşdırıb qarşılamağa çalışan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli şöbələrindən işsiz statusu almaq olduqca çətin məsələdir.

İkinci mühüm məqam ipoteka kreditlərində əks olunan faiz borclarla bağlı yaranacaq problemdir. Tutaq ki, müştərinin 400 manat aylıq ödənişi var. Hər ay onun 150 manatı əsas borcun, 24 manatı sığortanın, qalan məbləğ isə ümumi faiz borclarının ödənilməsinə sərf olunur.

Restrukturizasiyadan sonra bank və müştəri aylıq 200 manat ödənilməsinə razılaşırlar. Bu zaman yuxarıda qeyd olunan faiz borcunun aqibəti necə olur? Bu vəsait əsas borc hesab olunaraq müştərinin bankdan götürdüyü əsas məbləğin üzərinə həvalə olunur. Beləliklə müştərinin borc yükü dəyişmir və olduğu kimi qalır.

Təəssüf ki, Mərkəzi Bank borcu müştərilərə kredit tətilləri imkanı vermədi. Bu zaman müştəri yalnız borca görə faizləri ödəyir vəəsas məbləğ olduğu kimi qalır. Yəni kreditin əsas məbləğinin ödənişi müəyyən, razılaşdırılmış müddətə təxirə salınır.

Hazırda pandemiyanın yaratdığı gərgin sosial-iqtisadi şəraitdə kredit yüklü vətəndaşlara real dəstək kredit tətillərinin verilməsi ola bilərdi. Bu zaman müştərinin aylıq ödənişi kəskin azalar, əlavə sənəd toplamağa, işsiz statusu almaq üçün dövlət qurumlarının qapılarında sürünməyə ehtiyac qalmazdı.

İPOTEKA BORCU OLANLARA GÜZƏŞT, YOXSA... – Mərkəzi Bank krediti olan vətəndaşlara nə təklif edir?


Nəticə olaraq qeyd etmək olar ki, Mərkəzi Bankın restrukizasiya imkanından olduqca az sayda müştəri yararlana biləcək, bu da bank sektorunda əlavə problemlərin yaranmasına səbəb ola bilər.



Xatırladaq ki, hökumətin bank sektoruna dəstək paketində İpoteka Kredit və Zəmanət Fonduna 90 milyon manat əlavə vəsait ayrılması nəzərdə tutulub. Bu vəsaitlə Fond yeni kreditlər verməli, bununla tikinti, əmlak bazarını stimullaşdırmğa yardım etməlidir. Əsas hədəf məşğulluğu təmin etmək, vətəndaşlara əlavə imkanlar yaratmaqdır.

Müstəqil ekspertlər Fonda bu dəstəyin dolayı olduğunu, hazırkı məhdud maddi imkanlar çərçivəsində gözlənilən effekti verməyəcəyini bildirirlər. Çünki orta gəlirli vətəndaşların belə ağır ipoteka şərtləri ilə borclanması ağlabatan görünmür.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər