Gündəm / Manşet
18.03.2021, 12:56
Vilayət Eyvazov iki mayoru yüksək vəzifəyə təyin etdi
Daxili işlər orqanlarında yeni kadr təyinatları olub.
"Kanal1.az" xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Elşən Talıbov Masallı Rayon Polis Şöbəsinin (RPŞ) xidmət üzrə rəis müavini, polis mayoru Elvin Əzimov isə RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini vəzifələrinə təyin edilib.
E.Talıbov daha əvvəl həmin RPŞ-nin İctimai təhlükəsizlik bölməsinin rəisi, E.Əzimov isə şöbənin Təhqiqat bölməsinin rəisi olub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay