Gündəm / Dünya / Manşet
15.03.2021, 15:13
Vilayət Eyvazov deputatın rəis oğluna TÖHMƏT VERDİ
Qaradağ rayon Polis İdarəsinin rəisi polkovnik İsfəndiyar Mehbalıyevə töhmət verilib.
"Kanal1.az"ın əldə etdiyi məlumata görə, İ.Mehbalıyov işində nöqsanlara yol verib. Buna görə də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə İ.Mehbalıyevə töhmət verilib.
Qeyd edək ki, İsfəndiyar Mehbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevin oğlu, Prezidentin sabiq ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun kürəkənidir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay