Hadisə / Manşet
17.03.2021, 08:55
Bakıda dəhşət - iki qadını möhkəm döyüb, yola atdılar
Bakının Nəsimi rayonunda iki qadın möhkəm döyülüb.
"Kanal1.az"ın məlumatına görə, hadisə Dəniz limanı yaxınlığında baş verib. Naməlum markalı avtomobildə olan 2001-ci il təvəllüdlü Həmidli Nərmin Vəfadar qızı və 1995-ci il təvəllüdlü Züleyxa Quliyeva möhkəm döyülüb, daha sonra yol kənarında düşürülüb.
Onlar bədənin müxtəlif hissələrinin sınığı və əziyi xəsarətləri alıb. Yaralılar 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, yaralılar xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Fakt araşdırılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay