Gündəm / Cəmiyyət / Dünya / Sosial / Foto
6.03.2021, 16:44
Zakir Fərəcova məxsus olduğu iddia edilən restoran karantin qaydalarını pozdu
Dünən Sumqayıt şəhərində yerləşən “Poseydon” restoranında keçirilən toy mərasimi polis əməkdaşları tərəfindən yaxalanıb.
"Kanal1.az"a daxil olan məlumatda təxminən 150 nəfərin toplaşdığı məclisdə karantin qaydalarının kobud şəkildə pozulduğu bildirilir. Məlumata əsasən, polis əməkdaşları tərəfindən vaxtında aşkar edilən məclis tez bir zamanda ləğv edilərək, iştirakçılar barədə inzibati tədbirlər görülüb.
Deyilənə görə, sözügedən restoranda pandemiya dövründə bundan öncə də dəfələrlə toy-nişan məclisləri təşkil edilib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay