Dünya / Manşet
6.03.2021, 08:54
ABŞ Rusiya və Çini peyvənd diplomatiyasında ittiham etdi
Birləşmiş Ştatlar administrasiyası hesab edir ki, Rusiya və Çin koronavirus vaksinlərinin tədarükündən diplomatik məsələlərin həlli üçün alət kimi istifadə etməyə çalışır.
"Kanal1.az" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki keçirdiyi brifinqdə bildirib.
"Biz Rusiya və Çinin diplomatik hədəflərdə vaksinlərdən istifadə cəhdlərindən narahatıq", - Psaki qeyd edib.
O, vurğulayıb ki, ABŞ koronavirus vaksinlərinin yayılmasını beynəlxalq koordinasiya mexanizmləri vasitəsilə dəstəkləyir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay