Rusiya da bu gün kütləvi vaksinasiyaya başlayır

Rusiya da bu gün kütləvi vaksinasiyaya başlayır
Rusiya üzrə əhalinin bütün kateqoriyalarının peyvəndlənmə kampaniyası 18 yanvar tarixindən etibarən başlayır.

qafqazinfo xəbər verir ki, Rusiya vətəndaşları qeydiyyatdan keçmiş "Sputnik V" və "Epivakkorona" vaksinlərindən biri ilə ödənişsiz peyvənd oluna bilərlər.

Rusiya Baş Nazirinin müavini Tatyana Qolikova bildirib ki, ölkədə yanvarın sonunadək təxminən 2,1 milyon doza peyvənd dövriyyəyə daxil olacaq. O, ölkədə əhalinin kollektiv immunitet səviyyəsindən asılı olmayaraq, koronavirusa qarşı ödənişsiz peyvəndlənməsi üçün bütün resurların olduğunu qeyd edib.

"Rospotrebnadzor"un rəhbəri Anna Popova öz növbəsində bildirib ki, peyvəndlənmə payız epidemiyası mövsümünə qədər əhalidə kollektiv immuniteti formalaşdıracaq səviyyədə təşkil edilməlidir. Onun sözlərinə görə, birinci ildə ölkə əhalisinin 60%-i vaksinasiya oluna bilər.


Tarix: 18-01-2021, 13:23


Bölməyə aid digər xəbərlər