Maksim Şevçenko: “Qarabağ Azərbaycandır və mən bu barədə mübahisə etmək istəmirəm” - VİDEO

“Prekrasnaya Rossiya bu-bu-bu” adlı “Youtube” layihəsinin növbəti verilişində, İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra etirazların baş verdiyi Ermənistandakı mövcud vəziyyət müzakirə edilib.

"Kanal1.az" xəbər verir ki, verilişin qonağı tanınmış rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenko olub.

Onun fikrincə, Ermənistanın Baş naziri Nikol Paşinyanın müharibədən sonra hakimiyyətdə qala bilməsinin və bəlkə də hələ uzun müddət hakimiyyətdə qalacağının səbəbi Rusiya, Türkiyə və Azərbaycanın, hətta Fransa liderlərinin ortaq maraqlarından irəli gəlir.

“Paşinyan bu maraqların balansında müəyyən bir nöqtədir. Bir tərəfdən Rusiya, digər tərəfdən Türkiyə, Avropa Birliyi və sair. Paşinyanın istənilən kənar hərəkəti maraqlar balansını pozur və konfrontasiyaya gətirib çıxara bilər”.

Aparıcılardan biri Ermənistandakı etiraz aksiyalarında silahla davranmağı bacaran təcrübəli insanların iştirakından və onların arxasında kimlərin dayandığından maraqlanıb.

M.Şevçenko Ermənistandakı etirazçıları Adolf Hitlerin elektoratı ilə müqayisə edib.

O qeyd edib ki, bu şəxslər də müharibənin nə olduğunu bilirdilər, Versal sülh müqaviləsindən (Birinci dünya müharibəsinin rəsmən başa çatmasını təsbit edən sülh müqaviləsi - red.) narazı idilər və qisas almağı tələb edirdilər. Ancaq hər iki halda bu insanlar ciddi elit qrupların dəstəyi olmadan uğur qazana bilmədilər.

“Erməni elitası Qarabağ müharibəsində məğlubiyyətə uğradı. Bu insanlar 30 il ərzində istehkamlar qurmuşdular, lakin bütün bunlar bir ay ərzində Azərbaycan ordusu və Türkiyə istehsallı PUA-lar tərəfindən darmadağın edildi”, - deyə M.Şevçenko bildirib.

Daha sonra layihə rəhbəri ilə jurnalist arasında Qarabağ ərazisinin Azərbaycana məxsus olub-olmaması üstündə mübahisə yaranıb.

“Qarabağ Azərbaycandır və mən bu məsələ ilə bağlı mübahisə etməyəcəm. Kim istəyirsə, gedib Azərbaycan əsgərindən soruşa bilər, o sizə müharibənin kimin ərazisində aparıldığını izah edəcək. Bu, Azərbaycan ərazisidir”, - deyə M.Şevçenko vurğulayıb.

Eyni zamanda M.Şevçenko Qarabağı Azərbaycan ərazisi kimi tanıyan Rusiya Prezidenti Vladimir Putinin mövqeyinə də istinad edib.

M.Şevçenko Bakıda keçirilən, Azərbaycan və Türkiyə Prezidentlərinin olduğu qələbə paradında fəxri qonaq kimi iştirak etdiyini də xatırladıb.

“Türkiyə Azərbaycanda dünəndən deyil, erməni hərbi birləşmələrin rus qoşunlarının dəstəyi ilə bir milyon azərbaycanlını öz doğma torpaqlarından qovduğu vaxtdan mövcuddur.

Məhz o vaxtdan başlayaraq, təxminən 1994-cü ildən böyük lider Heydər Əliyev azərbaycanlı hərbçiləri Avropaya deyil, Türk hərbi məktəblərində oxumağa göndərməyə başladı”, - M.Şevçenko qeyd edib.

O bildirib ki, Cənubi Qafqazda, o cümlədən Ermənistanda rəsmi olaraq bir neçə Rusiya hərbi bazası var, Türkiyənin isə Azərbaycanda hərbi bazası yoxdur.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər