Hadisə / Manşet
3.03.2021, 21:20
Gədəbəydə 27 yaşlı qadın özünü asmaq istədi, əri xilas etdi
Gədəbəy sakini intihara cəhd edib.
"Kanal1.az"ın verdiyi məlumata görə, 1994-cü il təvəllüdlü Tağıyeva Həcər Qurban qızı ata evində özünü asmaq istəyib.
Hadisə rayonun Miskinli kəndində baş verib.
27 yaşlı qadını ölümdən son anda həyat yoldaşı xilas edib. Qadın Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb. Hazırda vəziyyəti orta ağırdır.
Faktla bağlı polisə məlumat verilib. Qadının özünü asmasının səbəbləri araşdılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay