Bakı, Sumqayıt və Abşeron üzrə pensiya alanların nəzərinə! - Bu tarixdən ödəniləcək
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların ödənilməsi mart ayının 5-i tarixinə nəzərdə tutulur. "Kanal1.az" xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Qeyd olunub ki, güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisnadır.