kanal1.az

Aydın Hüseynov: Həyata keçirilən tədbirlər dövlətimizin hər zaman xalqın yanında olduğunu bir daha təsdiqləyir


Aydın Hüseynov: Həyata keçirilən tədbirlər dövlətimizin hər zaman xalqın yanında olduğunu bir daha təsdiqləyir

Prezident İlham Əliyevin rəhbərliyi və tapşırığı sayəsində həyata keçirilən bütün tədbirlər dövlətimizin hər zaman xalqın yanında olduğunu bir daha təsdiqləyir və xalqımız tərəfindən yüksək dəyərləndirilir.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, bu gün planetimizdə COVID-19 pandemiyasının yol açdığı dərin çətinliklər ciddi problem yaratmaqdadır. Hətta elə bir vəziyyət yaranıb ki, dünyanın inkişaf etmiş əksər ölkələri belə aciz duruma düşüb:

"Belə bir çətin sınaq qarşısında Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qabaqlayıcı, fundamental tədbirlərin görülməsi və genişmiqyaslı sosial dəstək tədbirlərinin həyata keçirilməsi, xalqımız tərəfindən minnətdarlıq hissi ilə qarşılanıb və bir çox ölkələr üçün nümunəyə çevrilib. Həyata keçirilən tədbirlər dövlətimizin hər zaman xalqın yanında olduğunu bir daha təsdiqləyir. Bu məqsədlə böyük məbləğdə vəsait ayrılıb və pandemiyaya görə öz işini müvəqqəti olaraq itirən 600 mindən çox insana dövlət tərəfindən köməklik göstərilir. Eyni zamanda, işsizlərlə bağlı problemlər aradan qaldırılır, əhalinin sosial rifahını qorumaq üçün digər mühüm addımlar atılır. Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. Aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb. İnsanların sosial müdafiəsi getdikcə daha da gücləndirilir.

Pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanır və bu kateqoriyaya aid olan insanların sayı 300 mindən çoxdur. Eyni zamanda, 300 minə yaxın mikro sahibkarın maliyyə vəziyyətinin təmin edilməsi üçün dövlət böyük vəsait ayırıb. Beləliklə, yalnız bu kateqoriyaya aid olan 600 minə yaxın insan dövlətdən maddi dəstək alır. Dövlət sektorunda işləyənlərin əməkhaqları tam ödənilir".

A.Hüseynov vurğulayıb ki, bu və digər mühüm addımlar dövlətimizin humanizmə sadiqliyinin və siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha göstərir:

"Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, ümumilikdə 1 milyon 629 min işçinin, o cümlədən dövlət sektoru üzrə 910 min, özəl sektor üzrə 719 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edilib. Dövlət tərəfindən təqdim olunan dəstək paketləri və inzibati tədbirlər nəticəsində əmək müqavilələrinin sayında aprelin 1-dən etibarən 55 minlik, yanvarın 1-i ilə müqayisədə isə 77 minlik artıma nail olunub. Eyni zamanda koronavirus pandemiyasından zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərə və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi göstərilir. Pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində çalışan, əmək müqaviləsi olan 300 min muzdlu işçinin əməkhaqlarının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara dövlət tərəfindən 215 milyon manat maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur".

Deputat əlavə edib ki, bu gün ölkəmizdə əhalinin xüsusi həssas təbəqələrinin sosial müdafiəsi də prioritet istiqamətlərdən biridir:

"Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə yaranmış 200 milyon manat ehtiyatı əhaliyə sosial ödənişlərin davamlılığının təmin edilməsinə yönəldilib. Bu ödənişlər - pensiyalar, müavinətlər və təqaüdlər 2,3 milyon şəxsə verilir. Aprelin 8-15-də respublika üzrə aprel ayı üçün pensiyalar tam ödənilib. Ayın 20-21-də isə müavinət, təqaüd və kompensasiyaların, aprelin 28-də isə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq. Bu ilin birinci rübündə bütün sosial ödənişlər vaxtında icra olunub, 2,3 milyon vətəndaşa 1,5 milyard manat məbləğində sosial ödənişlər həyata keçirilib.

Prezident İlham Əliyevin rəhbərliyi və tapşırığı sayəsində həyata keçirilən bütün bu tədbirlər dövlətimizin hər zaman xalqın yanında olduğunu bir daha təsdiqləyir və xalqımız tərəfindən yüksək dəyərləndirilir".

Son xəbərlər

AÇIQLAMA

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Yeni pandemiyaya bu viruslar səbəb ola bilər - ARAŞDIRMA

Ukraynanın daha iki yaşayış məntəqəsi İŞĞAL OLUNDU

Gürcüstanın avtomobil bazarında böhran: Azərbaycana təsir edəcək?

31 dərəcə isti olub - FAKTİKİ HAVA

ŞƏHİD ADINA EDİLƏN HÖRMƏTSİZLİK DÖVLƏTƏ EDİLƏN XƏYANƏTDİR

Dörd kənd necə qaytarıldı? - İlham Əliyevin qələbə strategiyasının DETALLARI

4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi

Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar

Görünməmiş istilər: 200 ildən bir baş verən fəlakət...

NASA: “2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar”

Bütün xəbərlər