Xocalıda yollar buz bağladı: Vətəndaşlar köməksiz vəziyyətdə qaldı

Xocalıda yollar buz bağladı: Vətəndaşlar köməksiz vəziyyətdə qaldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Zəfər yolunun Xocalı rayonu, Baharlı kəndi ərazisindən keçən hissəsində yolların buz bağlaması səbəbindən vətəndaşların avtomobillərdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Kanal1.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa Şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb ediliblər.

Yanğınsöndürən-xilasedicilər tərəfindən yolun buz bağlaması səbəbindən yolun kənarına sürüşərək hərəkətini davam etdirə bilməyən "Mercedes-Benz" markalı minik avtomobilində olan vətəndaşlar xüsusi təyinatlı nəqliyyat vasitəsi ilə təhlükəsiz əraziyə təxliyə ediliblər.

Bundan başqa, yolun buz bağlaması səbəbindən hərəkətini davam etdirə bilməyən "Chevrolet" markalı minik avtomobilinin hərəkəti təmin edilib.

Reklam xəbər

Ən Çox Oxunanlar