BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİ MƏNZİL-KOMMUNAL TƏSƏRRÜFATI DEPARTAMENTİNİN SANİTAR-TEXNİKİ TƏMİZLİK İDARƏSİNİN RƏİSİ MÜBARİZ HÜSEYNOVDAN TƏBRİK
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanı 26 avqust – doğum günü münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitar-Texniki Təmizlik İdarəsinin rəisi Mübariz Hüseynov səmimi-qəlbdən təbrik edir.
Mehriban xanım Əliyevanın ölkəmizin sosial, humanitar, təhsil, səhiyyə və mədəniyyət sahələrində həyata keçirdiyi çoxşaxəli fəaliyyət xalqımız tərəfindən yüksək qiymətləndirilir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr insanların rifahının yaxşılaşdırılmasına, sosial məsələlərin həllinə, təhsil və səhiyyə imkanlarının genişləndirilməsinə mühüm töhfələr verir.
Mehriban xanım Əliyevanın milli-mədəni irsimizin qorunması, Azərbaycanın zəngin tarixinin və mədəniyyətinin dünyada tanıdılması istiqamətində gördüyü işlər də xüsusi əhəmiyyət daşıyır. Humanizm, xeyirxahlıq və insanlara qayğı prinsiplərinə əsaslanan fəaliyyəti cəmiyyətimizdə böyük rəğbətlə qarşılanır.
Bakı şəhərinin abad, təmiz və müasir şəhər kimi inkişaf etdirilməsi istiqamətində görülən işlər də ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq siyasətinin mühüm tərkib hissəsidir. Şəhər təsərrüfatında çalışan hər bir kollektivin əsas məqsədi insanların rahat və sağlam mühitdə yaşamasına xidmət etməkdir.
Bu əlamətdar gün münasibətilə Mehriban xanım Əliyevaya möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, xoşbəxtlik və gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıram. Azərbaycan xalqının rifahı və ölkəmizin inkişafı naminə həyata keçirdiyi xeyirxah layihələrdə daim böyük nailiyyətlər diləyirəm.
Hörmət və ehtiramla,
Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin
Sanitar-Texniki Təmizlik İdarəsinin rəisi
Mübariz Hüseynov