Paşa Hüseynovun Uğurlu Fəaliyyəti

Paşa Hüseynovun Uğurlu Fəaliyyəti

Paşa Hüseyov


Xocəsən Bələdiyyəsinin əməkdaşı, Sulutəpə qəbiristanlığının nəzarətçisi Paşa Hüseynov öz işinə məsuliyyətlə yanaşan, dövlətinə və xalqına sədaqətli, zəhmətkeş və hörmətli insan kimi seçilir. O, uzun müddətdir üzərinə düşən vəzifənin məsuliyyətini layiqincə dərk edərək qəbiristanlıq ərazisində nizam-intizamın qorunmasına, təmizliyə və abadlığa xüsusi diqqət göstərir.


Paşa Hüseynov insanlarla münasibətdə səmimiyyəti, təmkinli davranışı və hörmətcil mövqeyi ilə seçilir. Sulutəpə qəbiristanlığına gələn vətəndaşların müraciətlərinə diqqətlə yanaşması, ərazidə qayda-qanunun qorunmasına çalışması onun işinə olan məsuliyyətinin göstəricisidir.


Belə insanlar dövlət və xalq qarşısında öz vəzifəsini vicdanla yerinə yetirən, gördüyü işə ürəklə yanaşan nümunəvi əməkdaşlardır. Paşa Hüseynov dövlətçilik prinsiplərinə sadiqliyi, xalqına hörməti və zəhmətsevərliyi xüsusi qeyd olunmağa layiqdir.


Arzu edirik ki, Paşa Hüseynova bundan sonra da fəaliyyətində uğurlar qazansın, doğma Xocəsənə və Sulutəpə sakinlərinə layiqincə xidmət etsin. Ona möhkəm cansağlığı, ailə səadəti və gələcək fəaliyyətində böyük uğurlar arzulayırıq.