Mətləb Hacıağayev iş adamı

Mətləb Hacıağayev iş adamı

Mətləb Hacıağayev Ələmşah oğlu — vətəninə bağlılığı, zəhmətkeşliyi və xeyirxahlığı ilə seçilən dəyərli insanlardan biridir. O, şərəfli bir ailənin övladıdır. Atası Ələmşah müəllim 1-ci Qarabağ müharibəsinin veteranıdır və Vətən uğrunda xidmətləri ilə hər zaman hörmətlə anılan insanlardandır. Belə bir ailədə böyüyən Mətləb müəllim də bu dəyərləri öz həyatında layiqincə yaşadır.

Quba rayonunun 2-ci Nügədi kəndindən olan Mətləb müəllim hal-hazırda Rusiya Federasiyasının Çerepoves şəhərində montaj metal konstruksiya sahəsində fəaliyyət göstərən tikinti şirkətinin rəhbəri kimi uğurla çalışır. Qürbətdə yaşasa da, onun ürəyi daim Azərbaycanla döyünür, Vətəninə olan sevgisini hər zaman qoruyur.

Mətləb müəllim xeyriyyəçilik fəaliyyəti ilə də seçilir. O, ehtiyacı olan insanlara kömək edir, şəhid ailələrinə və qazilərə dəstək göstərir, hər zaman insanların yanında olmağa çalışır. Onun gördüyü xeyirxah işlər, göstərdiyi diqqət və qayğı cəmiyyət tərəfindən yüksək qiymətləndirilir.

Belə vətənpərvər, xeyirxah və dəyərli insanların olması hər birimiz üçün qürur mənbəyidir. Allah Mətləb müəllimə can sağlığı, uzun ömür və işlərində daha böyük uğurlar nəsib etsin.

Mətləb Hacıağayev iş adamı

Mətləb Hacıağayev iş adamı

Mətləb Hacıağayev iş adamı