İtaliya Respublikasının Baş naziri Corcia Meloni Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Kanal1.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
İtaliyanın Baş naziri Corcia Melonini hava limanında Azərbaycan baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.