Paşinyan və Tramp TRIPP layihəsinə start verdilər

Paşinyan və Tramp TRIPP layihəsinə start verdilər

Ermənistan baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp videomüraciətlə çıxış edərək TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu - Zəngəzur dəhlizi) layihəsinə start verdiklərini bildiriblər.

Kanal1.Az-ın xəbərinə görə, bu barədə N.Paşinyan öz "Facebook" hesabında paylaşım edib.

O, öz videomüraciətində bildirib ki, 2025-ci ilin avqust ayında Vaşinqtonda imzalanan sənəd Cənubi Qafqazı dəyişdirib və uzunmüddətli sülh üçün təməllər qoyub. O, həmçinin hesab edir ki, layihə Ermənistanın iqtisadi inkişafında və ölkənin xarici bazarlara çıxışında əhəmiyyətli rol oynayacaq.

ABŞ prezidenti də öz növbəsində layihənin həyata keçirilməsinə görə Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.