ARB TV-nin keçmiş aparıcısı Ada Süleyman vəfat edib.
Kanal1.Az xəbər verir ki, aparıcı doğum gününü yaxınları ilə birlikdə qeyd etdikdən sonra evə qayıdarkən yol-nəqliyyat hadisəsinə düşüb.
Qəza nəticəsində aparıcı həyatını itirib.
Qeyd edək ki, Ada Süleyman uzun müddət ARB TV-də yayımlanan "Sən olsaydın" verilişinin aparıcısı olub.