Xəbərlər
Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni hava limanında Azərbaycan Respublikası baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
© Müəllif hüquqları qorunur 2021-2026