İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi oldu

İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi oldu

Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalına bu gün yekun vurulub.

Kanal1.az xəbər verir ki, A liqasının həlledici final oyununda İspaniya və Çexiya komandaları qarşılaşıb.

Bakı Kristal Zalında keçirilən həlledici oyun İspaniyanın qələbəsi ilə başa çatıb - 3:0.

Beləliklə, ilk dəfə Azərbaycanda keçirilən U-15 dünya çempionatının qalibi adını İspaniya qazanıb.

Qeyd edək ki, 189 ölkənin yarışdığı çempionatda Azərbaycan millisi isə 84-cü yeri tutub.