Xəbərlər
Ermənistanın Sünik bölgəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki hərbçi ölüb.
Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Belə ki, yüksək dağlıq ərazidə hərəkət edən “Ford Transit” avtomobili sərt dolanbac yolda idarəetmədən çıxaraq dərəyə yuvarlanıb.
“Hadisə yerinə çağırılan müstəntiqlər qəzanın səbəblərini müəyyənləşdirirlər”, - Ermənistan İstintaq Komitəsinin məlumatında qeyd olunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
© Müəllif hüquqları qorunur 2021-2026