DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu

DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu

General-leytenant Araz Məmmədov Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini, Sərhəd Qoşunları komandanı vəzifəsindən azad edilib.

Kanal1.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb.

General Araz Məmmədov DSX-nin Sahil Mühafizəsinin rəisi təyin olunub.


Başqa Sərəncamla Sahil Mühafizəsinin rəisi Müzəffər Pirizadə DSX rəisinin müavini, Sərhəd Qoşunları komandanı vəzifəsinə gətirilib.