Messidən GÖZLƏNİLMƏZ QƏRAR: Qeyri-müəyyən müddətə yaşıl meydanlardan uzaqlaşdı

Messidən GÖZLƏNİLMƏZ QƏRAR: Qeyri-müəyyən müddətə yaşıl meydanlardan uzaqlaşdı

Argentina millisinin və "İnter Mayami" klubunun ulduz futbolçusu Lionel Messi atasının vəfatından sonra futbol fəaliyyətinə qeyri-müəyyən müddətə ara verib.

Kanal1.Az xarici mətbuata istinadən xəbər verir ki, 39 yaşlı futbolçu hazırda ABŞ-yə qayıtmayıb və ailəsinin yanında olmaq üçün Argentinanın Rosario şəhərində qalır.

Messi artıq Liqalar Kubokunun qrup mərhələsində Meksikanın "Monterrey" klubuna qarşı keçirilən oyunda iştirak etməyib.

Xatırladaq ki, futbolçunun atası Xorxe Messi avqustun 7-də 68 yaşında uzun sürən xəstəlikdən sonra Rosario şəhərindəki xəstəxanalardan birində dünyasını dəyişib. Onun dəfn mərasimi Rosario şəhərində qapalı şəkildə keçirilib. Mərasimdə yalnız ailə üzvləri və yaxınları iştirak ediblər.

Məlumata görə, Lionel Messi bu ağır günlərdə ailəsini hər şeydən üstün tutmağa qərar verib. Buna görə də onun "İnter Mayami"yə nə vaxt qayıdacağı hələlik məlum deyil.

Qeyd edək ki, Messi 2023-cü ildən "İnter Mayami"də çıxış edir.