İlham Əliyev Məsud Pezeşkiana təşəkkür etdi

İlham Əliyev Məsud Pezeşkiana təşəkkür etdi

Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkiana təşəkkür edib.

Kanal1.Az xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı "X" hesabında paylaşım edib.

Paylaşımda deyilir:

"Cənab Prezident Məsud Pezeşkian, Azərbaycan haqqında söylədiyiniz xoş və səmimi sözlərə görə sizə təşəkkür edirəm. Azərbaycan və İran xalqları dar və çətin günlərdə hər zaman bir-birinin yanında olublar. Bölgəmizdə baş vermiş son hadisələr fonunda Azərbaycanın qardaş İran xalqının yanında olduğu bir daha özünü göstərdi".

Qeyd edək ki, Məsud Pezeşkianın sözlərinə görə, müharibə zamanı Azərbaycan müxtəlif istiqamətlər üzrə İrana əhəmiyyətli dərəcədə kömək edib.

"Azərbaycan bütün yolları bağladı və bizim bankımızın fəaliyyətini dayandırdı. Biz onlara zəng edib danışdıq. İki saatlıq söhbətdən sonra onlar hər şeyi yenidən açdılar. Bank, səfirlik və marşrutlar - hər şey yenidən açıldı. Müharibə zamanı onlar müxtəlif istiqamətlər üzrə bizə əhəmiyyətli dərəcədə kömək edirdilər. İstər Rusiyaya tədarüklər, istərsə də öz tədarükləri olsun; onlar bizi müşayiət edir və ehtiyac duyduğumuz hər şeydə bizə kömək edirdilər", - deyə o əlavə edib.