Azərbaycan millisi DÇ-nın yarımfinalında

Azərbaycan millisi DÇ-nın yarımfinalında

Bu gün Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin oyunları keçirilib.

Kanal1.az xəbər verir ki, turnirdə mübarizəni davam etdirən Azərbaycan millisi yarımfinal uğrunda görüşdə İngiltərə yığması ilə qarşılaşıb.

Milli Gimnastika Arenasında keçiriləcək qarşılaşma yığmamızın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində ilk qolu Təmkin Xəlilzadə vurub. İkinci qolun müəllifi isə öz qapısına vuran rəqibin oyunçusu Fitzgerald olub. 

Bununla da millimiz turnirin yarımfinalına yüksəlib. 

Həmçinin Serbiya, Macarıstan və Monteneqro da yarımfinala adlayıb.

Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsində Bəhreynlə heç-heçə edib (1:1), Sloveniya və Mavritaniyaya isə qalib gəlib (4:0, 2:0). Elşad Quliyevin komandası 1/8 finalda son dünya çempionu Rumıniyanı (1:1, pen.- 2:1) üstələyib.


29 may

20:30. İngiltərə - Azərbaycan - 1:2


Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.

Reklam xəbər

Ən Çox Oxunanlar