Təhsil Nazirliyinin əməkdaşı dələduzluq etdi

 

Uzun illər təhsil sahəsində müxtəlif vəzifələrdə çalışmış pedaqogika üzrə fəlsəfə doktoru Elmira İsmayılovaya qarşı yüksək məbləğdə dələduzluq edilib.

İşin ən üzücü tərəfi də odur ki, onun təhsil sahəsində işləyən yaxın həmkarı öz vəzifəsindən suisitifadə edərək belə özbaşınalıq edib.

Bu barədə "Azərbaycan Reallığı”na Elmira İsmayılovanın özü bildirib. Qeyd edib ki, ona qarşı dələduzluq əməli törətmiş şəxs Elm və Təhsil Nazirliyinin əməkdaşı olmuş Rahilə Abdullayevadır.

Şikayətçu yazır ki, Rəhilə Abdullayeva 2013-cü ildə iş qurmaq adı altında ondan üst-üstə 168 500 AZN alıb. 

"Bu pulu borc almışdım. R.Abdullayeva məni inandırdı, amma qısa  müddət ərzində aldanıldığımı başa düşdüm. Mən uzun illər təhsil sahəsində çalışmışam. Ziyalıyam, aliməm.

Rəhilə Abdullayeva da təhsil sahəsində çalışıb. Ona görə də səbr etdim. Düşündüm ki, Rahilə Abdullayeva səhvini başa düşər. Ondan sakit şəkildə pulu qaytarmağı xahiş etdim. Lakin o, hər dəfə bir bəhanə ilə məsələni uzatdı  və mən məcbur qalıb məhkəməyə müraciət etdim”.

Yasamal Rayon Məhkəməsi Elmira İsmayılovanın Rəhilə Abdullayevaya qarşı mülki iddiasını təmin edib. Bakı Apellyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Qarşı tərəfin kassasiya şikayəti də təmin edilməyib.

Borcun qaytarılması üçün Rəhilə Abdullayevanın mülkiyyətində olan bir neçə əmlakına
(mənzil, torpaq, maşın) həbs qoyulub. Lakin sonradan Rəhilə Abdullayeva müxtəlif yollarla mənzilin üzərindən həbsin götürülməsinə nail olub.

Elmira İsmayılova bu barədə belə deyir: "Təsəvvür edin, Yasamal Rayon Məhkəməsinin hakimi Ayaz Məmmədov öz qərarını ləğv edib. Yəni, mənim mülki iddiamı bu hakim təmin etmişdi. Rəhilə Abdullayevanın əmlakına həbs qoyulmuşdu.

Yuxarı instansiya məhkəmələri də qərarı qüvvədə saxlamışdı. Sonradan Rəhilə Abdullayeva Yasamal Rayon Məhkəməsində mənzilinin üzərindən həbsin götürülməsi barədə iddia qaldırıb. Bu dəfə də hakim Ayaz Məmmədov  Rəhilə Abdullayevanın iddiasını təmin edib. Hakim necə öz qərarına əks qərar qəbul edə bilər?

Əgər Rəhilə Abdullayeva haqlı idisə o zaman mənim iddiam niyə təmin edilmişdi? Məgər Ayaz Məmmədov həmin vaxt işin hallarını araşdırmamışdımı? Bu da məndə haqlı şübhələrə səbəb olub ki, hakim ədaləti deyil, korporativ maraqları üstün tutub”.

Elmira İsmayılova deyir ki, Rəhilə Abdullayeva borcu qaytarmamaq üçün müxtəlif üsullara əl atıb. "Evi əvvəlcə Türkiyədə yaşayan böyük qızının adına keçirmişdi. Sonra isə kiçik  qızına bağışladı.

Bu, əslində qanunsuzdur. Çünki bu ev artıq mübahisəlidir. Rəhilə Abdullayeva həbs qoyulmuş digər əmlkaları da ortadan çıxara bildi. Beləliklə, əlimdə məhkəmə qərarı ola-ola pulumu ala bilmirəm”.

Müraciətin sonunda Elmira İsmayılova ölkə rəhbərliyindən, aidiyyəti qurumlardan və bütün media nümayəndələrindən bu məsələnin həlli barədə kömək istəyib.

Yazıda adı çəkilən şəxslərində mövqeyini dərc etməyə hazırıq.

Son xəbərlər

KİBER CİNAYƏTİN ETİRAF EDƏN Nüşabə Musayeva niyə məsuliyyətə cəlb edilmir?

Saleh Məmmədovun TOPDAĞITMAZ SƏRVƏTİ… – İLGİNC FAKTLAR

Aynur Sabitova vəzifəsindən çıxarıldı – “Söyüş muxalifəti”, pentensiar xidmətin keçmiş rəhbərliyi ilə sıx iş birliyi… – ŞOK İDDİA

Ədliyyə Nazirliyinin QULAQLARI TAM TIXANDI… – YAŞAYARIQ… GÖRƏRİK…

Abşeronun yol polisinə qarşı İTTİHAM VAR – “Yol polisi Bahadır Aslanov…”

Xaçmazın icra başçısı ancaq VƏD VERİR… – BU DA FAKT!!!

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Ətin qiyməti qalxmaqda davam edəcək? - VİDEO

Yeni ölümcül xəstəlik - Bu ölkədə sürətlə yayılır

Günəşdə son 7 ilin ƏN GÜCLÜ PARTLAYIŞI: hansı fəsadları olacaq?

Baxçalıdan ÇEVRİLİŞ SİQNALI - Ərdoğan təcili toplantı keçirdi

Baş Prokurorluq Qusardakı özbaşınalığa MÜDAXİLƏ ETDİ – TƏFƏRRÜAT

GDU-nun rektoru DÖVLƏT BÜDCƏSİNİ belə talayır-4 milyon manatdan çox “alış-veriş” siyahısı

Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları – Emin Əmrullayevin bundan xəbəri var?

“Azəriqaz” İB-nin direktor müavininin qohumunun imzası saxtalaşdırılıb – Məhkəmə işi

Ayın 14-ü olduğu halda Komitə tikintiyə icazəni ayın 19-da necə qeydə alıb? – DƏLİXANADIR, VALLAH…

Restoranlarda bir müştərinin önündə qalan artıq yeməklər digər müştəriyə təqdim edilir? - VİDEO

Rəşad Dağlı əfv olunacaq? - Vəkil danışdı

Xankəndinin nəqliyyat planı hazırlandı

Paytaxtın bu ərazilərində QAZ OLMAYACAQ

Azərbaycanda nikah yaşı ilə bağlı YENİ TƏKLİF

Nöqsanlarına görə işdən çıxarılan şəxslər Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrə gətirilir — FOTOLAR

“Kəpəz Hospital”-ın rəhbəri Mahir Aslanova heç kimin gücü çatmır

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

GÖYÇAY PEŞƏ LİSEYİNDƏ RƏZALƏT və ya CADUGARLIQLA İDARƏ OLUNAN TƏHSİL OCAĞI… İDDİA/VİDEO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı?

Rayon xəstəxanalarında HƏYƏCAN TƏBİLİ: Həkim çatışmazlığı - VİDEO

Allah rəhmət eləsin!

Ağalarova məxsus "Krokus"un yerində Rusiya hökuməti nə tikəcək?

"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK GƏLİR: kimsə xəbəriniz olmadan...

Güclü külək əsəcək, çaylardan sel keçəcək

İlham Məmmədov medianın onun haqqında yazdığı hər bir tənqidi pula çevirir… – “Sizə görə adım niyə hallanmalıdır ki?”

Bütün xəbərlər