Hərbi xidmət yaşı artırılmalıdır? – Polkovnik və psixoloqdan TƏZADLI YANAŞMA

 

Azərbaycan Ordusunda gənclərin hərbi xidmətə çağırış yaşı 18-dir. Son günlər sosial şəbəkələrdə həqiqi hərbi xidmətə çağırış yaşının artırılması ilə bağlı müzakirələr aparılır. Bəzi şəxslər hesab edir ki, 18 yaşlı bir gənc hərbi xidmətə hazır olmur. Buna görə də yaş həddi artırılmalıdır.

Bəs görəsən, ekspertlər bu mövzuda nə düşünürlər?

Ehtiyatda olan polkovnik Şair Ramaldanov mövzu barədə Bizim.Media-ya danışarkən bildirib ki, 18 yaş hərbi xidmət üçün çox tezdir:

"Təcrübə də bunu deyir. Kişilik, iradə, müstəqil qərar qəbul etmək 18 yaşda yeni formalaşmağa başlayır. Bundan əlavə, hərbi texnikalar sovet dönəmindən fərqlənir. Artıq yanaşmalar, tələblər başqadır. 18 yaşında gənclər psixoloji olaraq hərbiyə hazır olmurlar. Müasir dövrdə bu, daha tez özünü büruzə verir.

Bundan əlavə, ali məktəbə qəbul imtahanından kəsilən şəxsləri əsgərliyə aparmaqla onları növbəti il hazırlaşıb qəbul olmaq imkanından məhrum edirik.

Məsələn, qardaş Türkiyə dövlətində hərbiyə çağırış 21 yaşdır. Bu, çox düzgün yanaşmadır. 21 yaşda fərd həm kişi kimi formalaşmış olur, həm də təhsil mövzusunu yekunlaşdırır. 18 və 21 yaşlı gəncin arasında həm həyata, həm hərbi xidmətə, həm də hansısa işi yerinə yetirməsində böyük fərq var. Məktəb masasından çıxan kimi gəncləri hərbiyə aparmaq doğru deyil”.

Ş.Ramaldanov qeyd edib ki, hərbi xidmətə çağırış 20-21 yaş olsa, bu həm əsgərə, həm də ordumuza çox xeyirdir:

"21 və 18 yaşlı gənclərin döyüşə girməsində və döyüşü aparmasında ciddi fərq var. Azərbaycan Ordusu professionaldır, fikrimcə, əsgər tələbatını 18 yox, 20-21 yaş aralığında etsək, daha çox effektiv və düzgün olar”.

"18 yaşda hərbi xidmətə getməyin heç bir problemi yoxdur”

Psixoloq Ülviyyə Murtuzova bildirib ki, yeniyetmələrdə keçid dönəmində şəxsiyyət tipinin formalaşması 13-18 yaşlarında olur:

"Hər bir şəxsdə fərdi və kimlik konsepsiyası bu yaşda özünü göstərir. Vətənpərvərlik hissi 13 yaşından etibarən inkişaf edir. 18 yaşdan sonra vətənpərvərlik hissini aşılamaq çətin olur.

Min vasitə ilə hərbi xidmətdən yayınmaq istəyənlər var. Bunların problemi övladda deyil, birbaşa valideyndədir.

13-18 yaş arasında valideyn övladında problem görürsə, bunu müalicə etdirməlidir. Bəzi uşaqlar o şıltaqlığı və ərköyünlüyü əsgərlik dönəmində düzəldirlər. Fərd bu dönəmdə başa düşür ki, həyat mübarizədən ibarətdir. Bioloji və psixoloji immunitetində problem olmayan şəxslərin 18 yaşında hərbi xidmətə getməsində problem yoxdur”.

Son xəbərlər

AÇIQLAMA

“WhatsApp” istifadəçiləri üçün inanılmaz yenilik: internetsiz olacaq

Rəsmən açıqlandı: Şuşaya qayıdış başlayır - BU TARİXDƏN

Bakı İrəvanı belə ağıllandırır: Ermənistanın daha bir simvolik gününü təqvimdən silir

KTMT-dən İrəvana xəbərdarlıq: Cənubi Qafqazda güc balansı dəyişəcək

İrəvan 24 apreldən imtina edir: Paşinyandan ermənilərə “soyqırımı” şilləsi

Bağırsaq xəstəlikləri olan insanlar üçün ƏN FAYDALI QİDA

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO

Ermənistanda HƏBS DALĞASI: Azərbaycanla sərhədin...

Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + FOTO/VİDEO

Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

“Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir” - Erməni politoloq

Rus sülhməramlıları Ermənistana getdi - Qriqoryan səbəbini açıqladı

Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb

Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

Əliyev tələb etdi, Ermənistan razılaşdı - Üç variantda delimitasiya ssenarisi

Zelenskidən HƏYƏCAN TƏBİLİ: "Ukrayna dözməsə, Putin mütləq..."

Qaytarılan 4 kəndə görə Kirants QARIŞDI - İrəvandan xüsusi polis qüvvələri göndərildi

Bakı 2026-cı ildə dünyanın idman paytaxtı ola bilər

Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir

Əliyevin Moskva səfərinin şifrələri: Putin saatı Bakı vaxtına qurur

Xəritə yayıldı: ermənilər Azərbaycandan keçib gedəcəklər

Bakının kəndlərlə bağlı İrəvandan sensasiyalı tələbi - 24 apreldə nə olacaq?

İlham Əliyev Rusiyada səfərdədir

Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib

Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Bütün xəbərlər