Şahbuzda döyüldüyü deyilən şagirdin ailəsi polisin təzyiqinə məruz qalır?
Yeniavaz.com xəbər verir ki, zorakılığa məruz qaldığı deyilən şagirdin ailəsinin polis tərəfindən hədələndiyi iddia edilir.
Bu barədə "Gündəlik Naxçıvan”a sözügedən şagirdin qohumları məlumat verib.
İddiaya görə, Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşları şagirdə və
onun atası Əfqan Hüseynova şikayəti geri götürmələri üçün təzyiq
göstərirlər.
İddialarla bağlı Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi ilə əlaqə saxlamaq mümkün olmayıb.
Xatırladaq ki, iddiaya görə, sözügedən məktəbin dərs hissə müridi Ç. N
Uşaq Birliyinin rəbhəri S. H. ilə birlikdə yeniyetmə qızı döyüb,
həmçinin əxlaqsız söyüşlərlə təhqir ediblər. Bildirilir ki, buna səbəb
məktəblinin Ç. N-in nəvəsi ilə dalaşması olub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay